Xəbərlər

Daha 1160 şəhid vərəsəsinə birdəfəlik ödəmə veriləcək

  • 10 Apr 2019
  • 1330 baxış

Prezident İlham Əliyevin müvafiq Fərmanının icrası olaraq şəhidlərimizin vərəsələrinin birdəfəlik ödəmə ilə təminatı işləri davam edir.

XalqTv.com bildirir ki, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyindən Trend-ə verilən məlumata görə, bununla bağlı fəaliyyət göstərən Komissiya növbəti iclasında daha 700 şəhidin 1160 vərəsəsinə birdəfəlik ödəmə (11 min manat) verilməsi barədə qərar qəbul edib. Müvafiq vəsaitlər bir həftə ərzində vərəsələrin bank hesablarına köçürüləcək.



XalqTv.com

RƏYLƏR
ÖNƏRİLƏN XƏBƏRLƏR