idman

Məşhur basketbolçu karyerasını bitirdi

  • 10 Apr 2019
  • 517 baxış

Milli Basketbol Liqasında çıxış edən "Dallas"ın oyunçusu Dirk Novitski karyerasını başa vurub.

XalqTv.com goal.az-a istinadən xəbər verir ki, 40 yaşlı almaniyalı basketbolçu qərarını müntəzəm çempionatda "Feniks"i 120:109 hesabı ilə məğlub etdikləri oyundan sonra açıqlayıb. Azarkeşlərə və komanda yoldaşlarına təşəkkür edən Novitski ilin fiziki baxımdan onun üçün ağır keçdiyini söyləyib.

Qeyd edək ki, Almaniyanın "Vürzburq" klubunun yetirməsi olan Dirk Novitski 1998-ci ildən "Dallas"da çıxış edirdi. 2011-ci ildə NBA çempionu adını qazanmış basketbolçu 2007-ci ildə NBA-da ən dəyərli oyunçu adına layiq görülən ilk avropalı olub. Dallas cari mövsümdə "pley-off"a vəsiqə qazana bilməyib



XalqTv.com

RƏYLƏR
ÖNƏRİLƏN XƏBƏRLƏR