Xəbərlər

Bakıda narkotik satan şəxslər saxlanıldılar - FOTO

  • 11 Apr 2019
  • 1043 baxış

Sabunçu Rayon Polis İdarəsinin Cinayət Axtarış Şöbəsi və Narkotiklərlə Mübarizə Bölməsi əməkdaşları tərəfindən həyata keçirilən əməliyyat nəticəsində narkotik vasitələrin qanunsuz dövriyyəsi və alqı-satqısı ilə məşğul olan şəxslər saxlanılıb.

Daxili İşlər Nazirliyinin Mətbuat xidmətindən XalqTv.com-a verilən məlumata görə, əməliyyat zamanı qeyd edilən cinayəti törətməkdə şübhəli bilinən Maştağa qəsəbə sakini Mütəllim Babayev saxlanılıb. Onun üzərinə baxış zamanı 5,695 qram narkotik vasitə olan marixuana aşkar edilərək götürülüb.

Əməliyyat tədbirlərinin davamı olaraq M.Babayevin yaşadığı evin həyətindəki yardımçı tikiliyə baxış zamanı əlavə olaraq oradan 3 kiloqram 200 qram narkotik vasitə olan heroin, 104,17 qram marixuana, həmçinin elektron tərəzi və bir əddə müvafiq sənədləri olmayan "Magnum" markalı ov tüfəngi aşkar edilib. Saxlanılan şəxs ifadəsində narkotik vasitələri satmaq niyyəti ilə əldə etdiyini bildirib.

Sabunçu Rayon Polis İdarəsi əməkdaşları tərəfindən həyata keçirilən daha bir uğurlu əməliyyat nəticəsində paytaxt sakini əvvəllər məhkum olunmuş Rəfael Hüseynov Bakıxanov qəsəbəsində tutulub.

Polis əməkdaşları onun onun əlindəki idman çantasına baxış keçirən zaman 5 kiloqram 150 qram qurudulmuş marixuana aşkar edərək götürüblər. Saxlanılan şəxs narkotik tərkibli bitkiləri Buzovna qəsəbəsində əkdiyini daha sonra satmaq məqsədi ilə qurutduğunu bildirib.

Qeyd edilən hər iki faktla bağlı Sabunçu RPİ-nin İstintaq Şöbəsində cinayət işi başlanılıb, istintaq tədbirləri davam etdirilir.



XalqTv.com

RƏYLƏR
ÖNƏRİLƏN XƏBƏRLƏR