SAĞLAMLIQ

“Səbiş” adlı narkotacirdən ETİRAF: "Üstümdə də, evdə də var idi"

  • 16 May 2019
  • 433 baxış

Binəqədi Rayon Polis İdarəsi 6-cı Polis Bölməsi əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbiri nəticəsində Biləcəri qəsəbəsində narkotik vasitələrin qanunsuz dövriyyəsi və alqı-satqısı ilə məşğul olan şəxslər ifşa ediliblər.

XalqTV.com ARB TV-yə istinadən xəbər verir ki, əməliyyat nəticəsində Bakı şəhər sakini, əvvəllər məhkum olunmuş Ramil Hüseynov saxlanılıb.

Onun üzərində şəxsi axtarış aparılan zaman 1,003 qram psixotrop maddə metamfetamin aşkar edilərək götürülüb.

R.Hüseynov ifadəsində narkotik vasitəni Biləcəri qəsəbəsində yaşayan "Səbiş" adlı şəxsdən aldığını bildirib.

Bölmə əməkdaşlarının keçirdikləri əlavə əməliyyat zamanı həmin şəxs, paytaxt sakini Səbinə Quliyeva da tutularaq istintaqa təqdim edilib.

Onun üzərində şəxsi axtarış aparılan zaman 50,020 qram, yaşadığı evdən isə əlavə olaraq 1 kiloqram 15 qram narkotik vasitə heroin aşkar edilərək götürülüb.

S.Quliyeva ifadəsində narkotik vasitələrin satışı ilə məşğul olduğunu etiraf edib.

Səbinə Quliyeva - Saxlanılan şəxs: "6-cı bölmə polis işçiləri tutdu. Üstümdə 50 qram var idi. Evdə də heroin var idi. Aldığım heroini satdıqdan sonra pulu aldığım adama verəcəkdim".

Hər iki şəxs barəsində cinayət işi başlanılıb və barələrində məhkəmənin qərarı ilə həbs qətimkan tədbirləri seçilib.

RƏYLƏR
ÖNƏRİLƏN XƏBƏRLƏR
xalqtv
"Doğuşun baş verməsi üçün..."
  • 06 May 2017
  • 45765 baxış
Gicitkənin faydaları
Gicitkənin faydaları
  • 06 May 2017
  • 635 baxış
Həzm çətinliyinə qarşı 6 qida
Həzm çətinliyinə qarşı 6 qida
  • 06 May 2017
  • 637 baxış
Dizlərimiz niyə kirəclənir?
Dizlərimiz niyə kirəclənir?
  • 06 May 2017
  • 607 baxış
Sən demə, pendir ziyan imiş
Sən demə, pendir ziyan imiş
  • 07 May 2017
  • 712 baxış
Balaca Raul: Bu xəstəlik deyil - FOTO