SAĞLAMLIQ

Balaca Raul: Bu xəstəlik deyil - FOTO

  • 08 May 2017
  • 617 baxış

"Diabet insanın istəklərini həyata keçirməsinə maneə deyil".  

Azərbaycan Diabet Cəmiyyətindən XalqTV.com-a verilən məlumata görə, "Tour d'Azerbaidjan 2017" beynəlxalq velosiped turunun iştirakçılarından olan "Team Novo Nordisk" komandasının azərbaycanlı diabeti olan uşaqlarla görüşünün mesajı bu olub.

Mayın 7-də, turnirin final günündə Azərbaycan Diabet Cəmiyyəti ilə birgə təşkil olunan görüşdə "Team Novo Nordisk" komandasının velosipedçiləri diabetli uşaqlarla öz təcrübələrini, sağlam həyat tərzi haqqında fikirlərini bölüşüblər.

Diabeti olan velosipedçilərdən təşkil olunmuş bu komandanın üzvlərindən biri, Fransadan olan Quentin Valognes 6 yaşından bəri bu xəstəliklə yaşayır. Velosiped sürməyə də uşaq yaşlarından başlayıb. O deyir ki, ətrafımdakı insanlar hər zaman ehtiyatla davranmağımı istəsələr də, mən onları inandırmağa çalışdım ki, bacara bilərəm: "Bizim də iki əlimiz, iki ayağımız var - diabet xəyalları gerçəkləşdirməyə maneə deyil."

Komandanın digər üzvü İrlandiyadan olan Stephen Clancy, 19 yaşında diabet olduğunu öyrənib. İlk vaxtlarda həkimi ona velisoped sürməyi məsləhət görməsə də, araşdırdıqca belə olmadığı qənaətinə gəlib. O deyib: "Sonradan "Team Novo Nordisk" komandası haqqında öyrəndim və düşündüm ki, onlar edə bilirlərsə, deməli, mən də bacararam. Onlar məni ruhlandırdılar, biz də Azərbaycan, eləcə də dünyadakı başqa diabetliləri həvəsləndirməliyik."

İdmançının sözlərinə görə, diabeti idarə etməyin ən yaxşı yolu pəhrizi, qanda şəkərin səviyyəsini nəzarətdə saxlamaq və ən yaxşısı, insulindən istifadə etməkdir.

Valideyn Günay Məmmədova deyir ki, oğlu Raul artıq 3 ildir ki, diabetdir: "Biz diabeti xəstəlik olaraq görmürük. Raul həmişə deyir ki, bu xəstəlik deyil, sağlam yaşamaq, sağlam qidalanmaqdır."

Raul 11 yaşı olsa da, diabet haqqında internetdə araşdıraraq çoxlu məlumatlar əldə edib. Gələcəkdə, onun təbirincə desək, şəkər həkimi olub, uşaqları iynə vurmadan sağaltmağın çarəsini tapmaq istəyir: "Şəkərli yeyən insanlar hansısa başqa xəstəliklərə tutula bilir, amma mən tutmayacağam, çünki şəkəri az miqdarda istifadə edirəm, qidalanmağıma çox fikir verirəm, ona görə də yaxşı və sağlam böyüyəcəyəm."

Anası deyir ki, həkiminin doğru yönləndirməsi də Raulun daha çox məlumatlanmasına və qüvvətli olmasına kömək edib. Bu cür tədbirlərin olması da müsbətdir ki, uşaqlar belə idmançılarla görüşüb danışsınlar ki, fikirlərinə yaxşı mənada təsir göstərsin.

Qeyd edək ki, Beynəlxalq Diabet Federasiyasının statistikasına əsasən, hazırda dünyada 415 milyon insan diabetlə yaşayır. Beynəlxalq məlumatlara görə, Azərbaycanda 1 milyon insan diabetdir. Onlardan təqribən 220 min insana diaqnoz qoyulub. Digərləri isə diabet olduğundan xəbərsizdir.

Zərif Nisə

XalqTV.com

Digər maraqlı xəbərlər XalqTV.com-ın Facebook səhifəsində

RƏYLƏR
ÖNƏRİLƏN XƏBƏRLƏR
xalqtv
"Doğuşun baş verməsi üçün..."
  • 06 May 2017
  • 45764 baxış
Gicitkənin faydaları
Gicitkənin faydaları
  • 06 May 2017
  • 633 baxış
Həzm çətinliyinə qarşı 6 qida
Həzm çətinliyinə qarşı 6 qida
  • 06 May 2017
  • 637 baxış
Dizlərimiz niyə kirəclənir?
Dizlərimiz niyə kirəclənir?
  • 06 May 2017
  • 605 baxış
Sən demə, pendir ziyan imiş
Sən demə, pendir ziyan imiş
  • 07 May 2017
  • 710 baxış
Balaca Raul: Bu xəstəlik deyil - FOTO