Mədəniyyət

Ordumuz iftixarımız, qürur mənbəyimizdir

  • 27 Jun 2019
  • 432 baxış

Ağdam rayonunun Mahrızlı kəndindəki Rahib Məmmədov adına Döyüş Şöhrəti Muzeyində 26 İyun - Silahlı Qüvvələr Günü münasibətilə tədbir keçirilib.

Mədəniyyət işçilərinin, müəllim və şagirdlərin, gənclərin, N saylı hərbi hissənin zabit və əsgərlərinin, Azərbaycan Alpaqut Federasiyasının Ağdam rayon filialının idmançılarının iştirak etdikləri tədbirdə əvvəlcə dövlət himni səsləndirilib.

Mərasimdə Döyüş Şöhrəti Muzeyinin direktoru Sahib Məmmədov, Tarix-Diyarşünaslıq Muzeyinin direktoru Ülvi Qədirov, rayon Gənclər və İdman İdarəsinin rəis müavini Anar Əsgərov, Azərbaycan Alpaqut Federasiyasının Qarabağ regional nümayəndəliyinin rəhbəri Kənan Quliyev çıxış edərək Azərbaycan Silahlı Qüvvələrinin yaranma tarixindən, son illərdə ordu quruculuğu sahəsində əldə olunmuş uğurlardan danışıblar. Bildirilib ki, ordumuz hər birimizin iftixarı, xalqımızın qürur mənbəyidir.

Sonra məktəblilər vətənpərvərlik mövzusunda kompozisiya göstərib, şeirlər söyləyiblər. Təqdim olunan milli rəqslər, hərbi hazırlıqla bağlı çıxış və gənc idmançıların döyüş məharəti maraqla qarşılanıb.

Tədbir "Qarabağ şikəstəsi"nin ifası ilə başa çatıb.

RƏYLƏR
ÖNƏRİLƏN XƏBƏRLƏR