Xəbərlər

Mədəniyyət naziri Əbülfəs Qarayev Pakistan Gilgit-Baltistan əyalətinin baş naziri ilə görüşüb

  • 16 Jul 2019
  • 361 baxış

İyulun 15-də Azərbaycan Respublikasının Mədəniyyət naziri Əbülfəs Qarayev Pakistan İslam Respublikasının Gilgit-Baltistan əyalətinin baş naziri Hafiz ur Rəhmanı qəbul edib.
Əbülfəs Qarayev qonağı səmimiyyətlə salamlayaraq ölkəmizin zəngin mədəniyyəti haqqında söz açıb. Bildirib ki, son illər ölkəmizdə mədəniyyət sahəsinin inkişafı, mədəni irsin qorunması və bu istiqamətdə beynəlxalq əlaqələrin inkişafına xüsusi önəm verilir.
Nazir bu günlərdə UNESCO-nun Dünya İrs Komitəsinin 43-cü sessiyasının ölkəmizdə uğurla keçirildiyini və Pakistan nümayəndə heyətinin də sessiyada fəal iştirak etdiyini diqqətə çatdırıb. Əbülfəs Qarayev sessiyada həmçinin Pakistanın Lahor şəhərindəki tarixi abidələrin qorunması üçün mühüm qərarın qəbul edildiyini deyib.
İki ölkə arasındakı münasibətlərə toxunan nazir Azərbaycan və Pakistan xalqları arasındakı mövcud olan dostluq, qardaşlıq əlaqələrindən danışıb. Ölkələrimizin bir-birini bütün beynəlxalq təşkilatlarda daim dəstəklədikləri vurğulanıb.
Qonaq Pakistanın Gilgit-Baltistan əyalətinin tarixi, mədəni həyatı və turizm potensialı haqqında geniş məlumat verib. Hafiz ur Rəhman Azərbaycanla bütün sahələrdə əlaqələrin daha da inkişafında maraqlı olduqlarını diqqətə çatdırıb. O, Pakistan ilə Azərbaycan arasında səmimi dostluq və qardaşlıq əlaqələrinin olduğunu vurğulayaraq qarşılıqlı səfərlərin, görüşlərin bu münasibətlərin daha da inkişafına təkan verdiyini deyib.
Görüşdə ümumi maraq doğuran məsələlər ətrafında fikir mübadiləsi aparılıb. Mədəniyyət kollektivlərinin qarşılıqlı səfərlərinin təşkilinin, birgə mədəni tədbirlərin keçirilməsinin vacibliyi vurğulanıb.                                                                                                                                                                                                                                                                                                                                                                                                                                               Xalq TV                                                                                                                           Aysel Rəhimova

RƏYLƏR
ÖNƏRİLƏN XƏBƏRLƏR