Mədəniyyət

Azərbaycan Mədəniyyət Nazirliyi layihəsinin icrası davam edir

  • 06 Aug 2019
  • 419 baxış

“Mərhəmət” Kimsəsizlərə Yardım İctimai Birliyi “Mədəniyyət məhdudiyyət tanımır” adlı Azərbaycan Mədəniyyət Nazirliyi layihəsinin icrası davam edir.
Layihə çərçivəsində hazırda Şəkidə “Sağlamlıq məhdudiyyətli yeniyetmə və gənclərin könüllülük mədəniyyətinin formalaşdırılması” sahəsində mədəniyyət və tarixi abidələrə səyahət həyata keçirilir.
Qeyd edək ki, layihənin sağlamlıq imkanları məhdud uşaq və yeniyetmələrə səfər çərçivəsində Azərbaycanın qədim tarixi abidələri ilə zəngin olan Oğuz (Muxəs qalası, Sincan kəndindəki məscid), Qax ( “Cinli” qala, XII-XIII əsrlərə aid Məbəd kompleksi, Pəri qalası), Şəki (Şəki Xan Sarayı), Zaqatala (Pəri qalası, Zaqatala qalası, Çingiz qalası) , Balakən (Minarəli məscid, Talalar Nur kilsə)si və (Gəncə və Göygöl-əlavə olaraq) rayonlarının tarixi yerləri ilə tanış etmək, onlara bu tarixi abidələr barədə ətarflı məlumat verilir.
Həyata keçirilən layihə çərçivəsində 50 nəfər sağlamlıq imkanları məhdud uşaq və yeniyetmələrin bölgələrə səfərləri təşkil olunur. Tədbirlərdə sağlamlıq imkanları məhdud uşaqlarda ünsiyyət, özünəxidmət və öz tarixinə, mədəniyyətinə hörmət hissi formalaşdıracaq və onların cəmiyyətə inteqrasiyasını təmin edəcəkdir. Eyni zamanda himayədarlarla mütəmadi görüşlərin və gəzintilərin təşkil olunur.
Layihənin icrası zamanı regionlardakı uşaqlar unikal mədəni irs nümunələri ilə yaxından tanış olur. Bölgələrdə qonaqlar üçün mədəniyyət evlərində konsert verilir.
Bütün görüşlərimiz və tədbirlərimiz KİV-lərdə işıqlandırılır.
Sağlamlıq imkanları məhdud uşaqlar onların valideyinləri və yaxın qohumları regionlardan olan rəsmi qonaqlar, idarə müəsisə rəhbərləri, istirahət yerləri və s. hədəf qrupuna aiddir.
Layihə çərçivəsində Oğuz, Qax, Şəki, Zaqatala və Balakən,Gəncə,Göygöl rayonlarına “Sağlamlıq məhdudiyyətli yeniyetmə və gənclərin könüllülük mədəniyyətinin formalaşdırılması sahəsində mədəniyyət və tarixi abidələrə səyahət həyata keçirilir.
Sağlamlıq imkanları məhdud yeniyetmə və gənclərə, öz tarixinə, mədəniyyətinə hörmət hissi formalaşdıracaq, onların cəmiyyətə inteqrasiyasını təmin etmək, onlarla görüşlər və gəzintilər təşkil etməklə, inkişaf proseslərinə müsbət təsir göstərməkdir.
Səfər çərçivəsində layihə iştirakçılarına sözügedən rayonlarda olan mədəni-tarixi abidələrlə yanaşı rayonların milli adət-ənənəsi ilə bağlı təbliğat işi də aparılacaq.

Aygün Məmmədova

Xalq TV


RƏYLƏR
ÖNƏRİLƏN XƏBƏRLƏR