Mədəniyyət

Ümummilli liderə həsr olunan musiqi kompozisiyası işıq üzü görüb

  • 07 Aug 2019
  • 391 baxış

Mədəniyyət Nazirliyinin sifarişi ilə sənətşünaslıq üzrə fəlsəfə doktoru Kəmaləxanım Əsədullayevanın müəllifi olduğu, ümumimilli lider Heydər Əliyevin dövlətçilik və mədəniyyət sahəsindəki fəaliyyətini əks etdirən “Heydər Əliyev haqqında Oda” əsəri kitab şəkilində nəşr olunub.

Xalq şairi Fikrət Qocanın sözlərinə bəstələnən əsər xor və simfonik orkestr üçün yazılıb. Kompozisiya “Çahargah” muğamının daxili strukturu əsasındadır.

Kitab Mədəniyyət Nazirliyinin tabeçiliyindəki aidiyyəti qurumlara paylanılacaq.

RƏYLƏR
ÖNƏRİLƏN XƏBƏRLƏR