Dünya

Türkiyə Silahlı Qüvvələri hərbi helikopterin qəzaya uğraması nəticəsində 13 hərbçinin öldüyünü təsdi

  • 01 Jun 2017
  • 228 baxış

23:58

Türkiyə Silahlı Qüvvələri hərbi helikopterin qəzaya uğraması nəticəsində 13 hərbçinin öldüyünü təsdiqləyib.

XalqTV.com  APA-ya istinadən xəbər verir ki, yerli vaxtla saat 20:55 radələrində "Cougar" markalı helikopter Uludərə rayonundakı Şenoba bölgəsində elektrik xəttinə toxunaraq yerə düşüb.

Hadisə ilə əlaqədar araşdırma davam edir.

----------

23:46

Türkiyənin Şirnak vilayətində hərbi helikopterin qəzaya uğraması nəticəsində 13 nəfər ölüb.

XalqTV.com  APA-ya istinadən xəbər verir ki, bu barədə Türkiyənin güc strukturlarındakı mənbə Reuters agentliyinə bildirib.

Bundan əvvəl Şırnak valiliyi helikopterin elektrik xəttinə toxunaraq yerə düşdüyü bildirib.

---------

23:21

Türkiyədə hərbi helikopter qəzaya uğrayıb.

XalqTV.com  APA-ya istinadən xəbər verir ki, insident Şırnak vilayətində qeydə alınıb.

Hadisənin təfərrüatları dəqiqləşdirilir. Ölənlər və yaralananlar barədə məlumat daxil olmayıb.
 
İlkin ehtimala əsasən, helikopterin elektrik xəttinə dəyərək qəzaya uğradığı bildirilir.

XalqTV.com

RƏYLƏR
ÖNƏRİLƏN XƏBƏRLƏR