Hadisə

Lənkəran və Beyləqanda fitosanitar müşahidələr aparılıb, maarifləndirmə tədbirləri həyata keçirilib

  • 19 Aug 2019
  • 386 baxış

Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyi (AQTA) Respublika üzrə fitosanitar müşahidələr və fermerlərin bu sahədə maarifləndirilməsi tədbirlərini davam etdirir. Agentliyin mütəxəssisləri bu istiqamətdə növbəti dəfə Lənkəran rayonunda sitrus bitkiləri becərən sahibkarlarla görüşüblər.

Sahibkarlara aqrokimyəvi maddələrdən istifadə, pestisidlərlə işləyən zaman əməl edilməli təhlükəsizlik qaydaları barədə geniş məlumat verilib. Bildirilib ki, sitrus bitkilərinə zərər verən orqanizmlər və onlara qarşı mübarizə tədbirləri yüksək məhsuldarlığa nail olmaq və fitosanitar sabitliyi qorumaq baxımından çox vacibdir.

Görüş çərçivəsində Agentlik mütəxəssisləri tərəfindən sitrus bağlarında müşahidələr aparılıb, təsərrüfat sahiblərinə lazımi tövsiyyələr veriilib.

Agentliyin əməkdaşları tərəfindən növbəti fitosanitar müşahidələr Beylaqan rayonunda 187 hektar nar bağında da aparılıb. Müşahidələr zamanı meyvə bağlarında zərərli orqanizmlərdən olan mənənə ve yastıcalar aşkarlanıb. Təsərrüfat sahiblərinə kimyəvi preparatlardan istifadə qaydaları və təhlükəsizlik tədbirləri barədə məlumatlar verilib.

Aygün Məmmədova

Xalq TV

RƏYLƏR
ÖNƏRİLƏN XƏBƏRLƏR