Xəbərlər

Səmalardan boylanan Şəhidim Təbriz

  • 21 Aug 2019
  • 507 baxış

20 avqust 2019-cu ildə Aprel şəhidi Təbriz Musazadənin doğum günü ilə bağlı Müdafiə Nazirliyinin Həzi Aslanov adına İdeoloji Mədəniyyət Mərkəzində AYB-nin fəal üzvü,şairə Azadə-Talehin Xalq TV-nin eksklüziv çəkilişi ilə lentə alınmış”SƏMALARDAN BOYLANAN ŞƏHİDİM TƏBRİZ MUSAZADƏ” adlı 1-ci filmin təqdimatı,”Vətənimin qürur yeri,Vətənimin şəhid oğlu” adlı şairənin qələmə aldığı azərbaycan-ingilus dilində yeni poemasının -stolüstü kirabının və şəhidin doğum gününə həsr edilmiş “Borçalı”qəzetinin xüsusi buraxılışının təqdimatı keçirildi.Tədbiri giriş sözü ilə MN Həzi Aslanov adına İMM-nın rəhbəri İlkin Qayıbov açaraq Aprel Şəhidi Təbriz Musazadənin şüacətindəngeniş söhbət açdı.Sözü millət vəkili,professor Qənirə Paşayevaya verdi.Həmişə şəhid analarının yanında olan,şəhidlərimizin ruhunu oxşayan Qənirə xanım şəhidimizə həsr olunan AYB-nin fəal üzvü,şairə Azadə-Talehin Xalq TV-nin eksklüziv çəkilişi ilə lentə alınmış”SƏMALARDAN BOYLANAN ŞƏHİDİM TƏBRİZ MUSAZADƏ” adlı 1-ci filmin təqdimatı,”Vətənimin qürur yeri,Vətənimin şəhid oğlu” adlı kitaba görə Azadə xanıma təşəkkürünü bildirdi.Şəhidin həyat yoldaşı QHT sədri Mehdi Əsədullayev,qazilərdən İlkin Ziyadov,Anar Məmmədov ,Xalq TV-nin direktoru Hidayət Möhnətov və müəllif Azadə-Taleh Abbasqızı çıxış edərək şəhidlik zirvəsinə ucalan Təbriz barəsində çəkilmiş filmi,kitabı və qəzeti onun ruhuna hədiyyə etdiklərini vurğuladılar.
Kitabxananın müdiri Zəminə Xınalıya tədbirin keçirilməsinə görə sağ ol deyir,MN Həzi Aslanov adına İMM-nın rəhbəri İlkin Qayıbova xüsusi təşəkkürlərimizi bildiririk
Allah rəhmət eləsin şəhidim-Təbrizim.


XalqTV.Com

Mənsurə Həşimova

RƏYLƏR
ÖNƏRİLƏN XƏBƏRLƏR