Hadisə

Bakıda "pul atan" Fatimə Abbaspur həbs edildi

  • 12 Sep 2019
  • 7515 baxış

Bakının Nəsimi rayonunda bir neçə nəfərə qarşı dələduzluq edilib.

Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən XalqTv.com-a verilən məlumata görə, Nəsimi Rayon Polis İdarəsinin 22-ci polis şöbəsinə müraciət edən Bakı və Sumqayıt şəhər sakinləri olan 3 nəfər 2018-ci ilin sentyabr ayından cari ilin may ayınadək olan müddətdə Fatimə adlı şəxsin onları aldadaraq ümumilikdə 15.900 ABŞ dolları və 800 manat pullarını aldıqlarını bildiriblər.

Polis əməkdaşları tərəfindən aparılan araşdırmalarla həmin şəxsin Bakı şəhər sakini Fatimə Abbaspur olduğu müəyyən edilib.

Keçirilmiş əməliyyat-axtarış tədbiri nəticəsində dələduzluğu törətməkdə şübhəli bilinən qadın saxlanılıb.

Onun daha 3 nəfərə qarşı dələduzluq etməsi də müəyyən edilib.


XalqTv.com

RƏYLƏR
ÖNƏRİLƏN XƏBƏRLƏR

Warning: fopen(../cache/2026/04/18/cached-xeber-18554-xalqtv..html): failed to open stream: No such file or directory in /home/xalqtv/public_html/bottom-cache.php on line 9

Warning: fwrite() expects parameter 1 to be resource, boolean given in /home/xalqtv/public_html/bottom-cache.php on line 10

Warning: fclose() expects parameter 1 to be resource, boolean given in /home/xalqtv/public_html/bottom-cache.php on line 11