Dünya

Gənc ailə körpəsinə Vladimir Putin adı verdi

  • 08 May 2017
  • 223 baxış

Suriyanın Banyas şəhərində gənc ailə yeni doğulmuş körpələrini Rusiya prezidentinin şərəfinə Vladimir Putin Mayxub adlandırıblar.

XalqTV.com Trend-ə istinadən xəbər verir ki, ailə bunu Rusiyanın Suriyaya göstərdiyi köməyə təşəkkür əlaməti olaraq edib.

Ailənin başçısı deyib: "Rusiya prezidentinin ölkəmizə göstərdiyi xoş münasibətinə görə övladımıza Vladimir Putin adını verdik. Rusiya ordusunun Suriyada terrorizmə qarşı mübarizəsini dəstəkləyirik".

XalqTV.com

Digər maraqlı xəbərlər XalqTV.com-ın Facebook səhifəsində

RƏYLƏR
ÖNƏRİLƏN XƏBƏRLƏR