Türkiyə Silahlı Qüvvələri hərbi helikopterin qəzaya uğraması nəticəsində 13 hərbçinin öldüyünü təsdi
23:58
Türkiyə Silahlı Qüvvələri hərbi helikopterin qəzaya uğraması nəticəsində 13 hərbçinin öldüyünü təsdiqləyib.
XalqTV.com APA-ya istinadən xəbər verir ki, yerli vaxtla saat 20:55 radələrində "Cougar" markalı helikopter Uludərə rayonundakı Şenoba bölgəsində elektrik xəttinə toxunaraq yerə düşüb.
Hadisə ilə əlaqədar araşdırma davam edir.
----------
23:46
Türkiyənin Şirnak vilayətində hərbi helikopterin qəzaya uğraması nəticəsində 13 nəfər ölüb.
XalqTV.com APA-ya istinadən xəbər verir ki, bu barədə Türkiyənin güc strukturlarındakı mənbə Reuters agentliyinə bildirib.
Bundan əvvəl Şırnak valiliyi helikopterin elektrik xəttinə toxunaraq yerə düşdüyü bildirib.
---------
23:21
Türkiyədə hərbi helikopter qəzaya uğrayıb.
XalqTV.com APA-ya istinadən xəbər verir ki, insident Şırnak vilayətində qeydə alınıb.
Hadisənin təfərrüatları dəqiqləşdirilir. Ölənlər və yaralananlar barədə məlumat daxil olmayıb.
İlkin ehtimala əsasən, helikopterin elektrik xəttinə dəyərək qəzaya uğradığı bildirilir.
XalqTV.com