Dünya

İranda benzin bahalaşdı, ölkəni etirazlar bürüdü: ölən var

  • 16 Nov 2019
  • 417 baxış

İranın bir sıra şəhərlərində benzinin qiymətinin bahalaşmasına etiraz olaraq aksiyalar keçirilib.

XalqTv.com virtualaz.org-a istinadən bildirir ki, Məşhəd, Şiraz, Bircande, Əhvaz və başqa şəhər və rayonlarda etiraz çıxışları, mitinqlər olub.

Kirman əyalətinin Sircan şəhərində aksiya iştirakçıları yerli neft anbarını yandırmağa cəhd göstəriblər. Polis hadisənin qarşısını alıb. Bununla belə, aksiya zamanı bir nəfər ölüb. İRNA agentliyi bildirir ki, onun odlu silahdan açılan atəş nəticəsində öldürülüb-öldürülmədiyi araşdırılır.Qeyd edək ki, noyabrın 15-də İran hakimiyyət güzəştli benzin və başqa yanacağın qiymətini artırıb. Bundan sonra kvota çərçivəsində yanacağın qiyməti 15 min rial (0,353 dollar), ondan xaric isə 30 min rial (0,76 dollar) olacaq. Benzinin əvvəlki qiyməti 10 min rial (0,235 dollar) olub.

RƏYLƏR
ÖNƏRİLƏN XƏBƏRLƏR