Xəbərlər

SƏNƏ ZİRVƏLƏR YARAŞIR, KNYAZ ASLAN!

  • 28 Nov 2019
  • 410 baxış

1919-cu ildə Azərbaycan Xalq Cümhuriyyəti tərəfindən təsis edilən və müsəlman Şərqində yeni tipli ilk ali məktəb olan Bakı Dövlət Universiteti ötən bir əsr ərzində nailiyyətlərlə zəngin şərəfli inkişaf yolu keçmiş, ölkəmizdə ali təhsil sisteminin inkişafında, yeni elm və təhsil müəssisələri şəbəkəsinin yaranmasında, milli ideologiyanın, ana dilimizin formalaşmasında, mədəniyyətin təbliğində əvəzsiz xidmətlər göstərmişdir.
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin 14 noyabr 2017-ci il tarixli Sərəncamında deyldiyi kimi, Bakı Dövlət Universiteti tarixən vətənpərvər ziyalıların fədakar əməyi sayəsində yetirdiyi ictimai-siyasi, elm və mədəniyyət xadimləri ilə Azərbaycanın mövcud simasının təşəkkülünə böyük töhfələr vermişdir.
Dövlət başçısının həmin Sərəncamına əsasən milli kadrların hazırlanması və ali təhsilin inkişafında misilsiz rol oynamış Bakı Dövlət Universitetinin 100 illik yubileyi respublika və beynəlxalq miqyasda silsilə şəklində qeyd edilmiş, o cümlədən Parisdə UNESKO-nun Baş qərargahında tədbir təşkil edilmişdir.
1919-cu ildə cəmi iki fakültə ilə fəaliyyətə başlamış Bakı Dövlət Universitetində bu gün 16 fakültə, 121 kafedra, 2 elmi-tədqiqat institutu, 30-dan artıq elmi-tədqiqat laboratoriyası, 3 milyon nüsxəyə yaxın kitab fondu olan Elmi Kitabxana və digər qurumlar fəaliyyət göstərir. Burada müxtəlif elmi istiqamətlərdə bakalavriatura səviyyəsində 66 ixtisas, magistratura səviyyəsində 231 ixtisaslaşma, doktorantura səviyyəsində 114 ixtisas üzrə mütəxəssislər hazırlanır. Hazırda 24 mindən çox tələbə, magistrant və doktorantın ayrı-ayrı sahələr üzrə elmi ixtisaslara yiyələnməsi prosesi ilə 1500-ə yaxın professor-müəllim və tədris-köməkçi kollektiv məşğul olur.
Nüfuzlu elm və təhsil müəssisəsi kimi böyük şöhrət qazanmış Bakı Dövlət Universitetinin sayı 200 mini ötən məzunları arasında onlarla dünya şöhrətli alim, görkəmli siyasi xadim, tanınmış şəxsiyyət var. Onların sırasında Ulu Öndər Heydər Əliyev, Nobel mükafatı laureatı, fizik akademik Lev Landau, kimyaçı akademik Yusif Məmmədəliyev, riyaziyyatçı akademik Zahid Xəlilov, fizioloq akademik Abdulla Qarayev, geoloq akademik Şəfaət Mehdiyev, ədəbiyyatşünas alim və yazıçı Mir Cəlal Paşayev, ədəbiyyatşünas professor Cəfər Xəndan, şərqşünas professor Aida İmanquliyeva və digər mütəxəssislər xüsusi yer tuturlar. Ulu Öndər Heydər Əliyev doğma ali təhsil ocağına rəğbətini hər zaman fərəhlə bildirmiş, “Mən fəxr edirəm ki, Bakı Dövlət Universitetinin məzunuyam” kəlamını iftixarla söyləmişdir.
2019-cu il noyabrın 26-da paytaxtımızdakı Konqres Mərkəzində Azərbaycan Xalq Cümhuriyyətinin yadigarı olan Bakı Dövlət Universitetinin 100 illik yubileyi münasibətilə dövlət səviyyəsində təntənəli mərasim keçirilmişdir. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev mərasimdə geniş nitq söyləmiş, elm, təhsil və mədəniyyətin inkişafı istiqamətlərində Şərqin bu ilk ali təhsil məbədinin bir əsrlik səmərəli fəaliyyətinə yüksək qiymət vermişdir.
Yubiley ərəfəsində ali təhsil ocağının bir çox əməkdaşlarının xidmətləri müxtəlif mükafatlarla dəyərləndirilmişdir. Mükafata layiq görülənlər arasında “Borçalı” qəzeti və jurnalının redaktoru, “Qafqaz-Media” İctimai Birliyi İdarə Heyətinin fəxri üzvü, Bakı Dövlət Universitetinin Kitabşünaslıq və nəşriyyat işi kafedrasının müdiri, pedaqogika üzrə fəlsəfə doktoru, dosent Knyaz Aslan İlyas oğlu da var.
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin 25 noyabr 2019-cu il tarixli Sərəncamı ilə Bakı Dövlət Universitetinin 100 illiyi münasibətilə və Azərbaycanda təhsilin və elmin inkişafındakı xidmətlərinə görə Knyaz Aslan “Tərəqqi” medalı ilə təltif edilmişdir.
Bundan başqa, Azərbaycan Respublikasının Təhsil Naziri Ceyhun Bayramovun 25 noyabr 2019-cu il tarixli əmri ilə elm və təhsilin inkişafı sahəsində yüksək nailiyyətlər əldə etdiyinə, bu sahələrin inkişafına xüsusi töhfə verdiyinə, Universitetin sosial-mədəni inkişafında fəal iştirak etdiyinə görə Knyaz Aslan “Bakı Dövlət Universitetinin 100 illiyi (1919-2019) Azərbaycan Respublikasının yubiley medalı” ilə təltif olunmuşdur.
Xatırladırıq ki, Bakı Dövlət Universitetinin Kitabxanaçılıq-informasiya və Jurnalistika fakültələrinin, həmçinin Aspiranturasının məzunu olan Knyaz Aslan BMT yanında Beynəlxalq İnformasiyalaşdırma Akademiyasının həqiqi üzvü – akademiki, Azərbaycan Respublikasının Qabaqcıl təhsil işçisi, Azərbaycan Jurnalistlər Birliyinin və Azərbaycan Yazıçılar Birliyinin üzvü, Qarabağ müharibəsi veteranıdır. Knyaz Aslan eyni zamanda Rusiya Federasiyasının Dağıstan Respublikasında (Dərbənd şəhəri) fəaliyyət göstərən “Gülüstan” Beynəlxalq Ədəbiyyatçılar İttifaqının üzvü, Türkiyədə fəaliyyət göstərən Avrasiya Sənət, Mədəniyyət, Ədəbiyyat və Elm Federasiyasının üzvü, İraq Türkman Yazarlar Birliyinin üzvüdür.
Tanınmış şair-publisist Knyaz Aslan uzun illər müxtəlif qəzet və jurnallarda müxbir, redaktor və baş redaktor vəzifələrində işləmişdir. Hazırda “Kitabşünaslıq və Redaktor Sənəti” elmi-nəzəri və təcrübi-metodik jurnalının təsisçisi və baş redaktoru, “Borçalı” qəzeti və jurnalının redaktorudur.
Özünü novator alim kimi təsdiqləmiş Knyaz Aslan Amerika Birləşmiş Ştatları, Türkiyə, İran, Ukrayna, Rusiya, Gürcüstan və başqa ölkələrdə keçirilən çoxsaylı beynəlxalq və respublika elmi seminar, simpozium və konfransların iştirak etmişdir.
Knyaz Aslan 30-dan çox elmi və bədii kitabın, çoxsaylı elmi-nəzəri, elmi-kütləvi və publisistik məqalələrin müəllifidir. Qələm qardaşımız son aylarda həm də ali məbədin yubiley komissiyasının üzvü, yubileyə həsr olunmuş “Bakı Dövlət Universiteti – elmi fəaliyyət və uğurlar” kitabının məsul redaktoru, “Bakı Universiteti” qəzetinin xüsusi buraxılışının redaksiya heyətinni üzvü kimi olduqca səmərəli çalışmışdır.
Biz də öz növbəmizdə əzizimiz Knyaz Aslanı doğma Bakı Dövlət Universitetinin 100 illik yubileyi, eləcə də elm və təhsil sahəsində qazandığı nailiyyətlər və aldığı mükafatlar münasibəti ilə ürəkdən təbrik edir, ona uzun ömür, cansağlığı, yeni-yeni yaradıcılıq uğurları arzulayırıq!
Dəyərli eloğlum, əziz qardaşım Knyaz Aslan! Mən həmişə inamla, əminliklə vurğuladığım cümləni yenə ürəkdən təkrarlayıram: Sənə zirvələr yaraşır! Çünki sən elm, təhsil, mədəniyyət istiqamətlərində özünü təmənnasız fəda edən, ədəbi mühitdə ulduz kimi parlayan, qələminlə könüllərə yol açan, poeziyanla ürəklərdə yuva quran, pedaqoqluğunla özünü tələbələrə sevdirən, şəxsiyyətinlə örnək olan bir insansan!
Sənin daha uca zirvələrə yüksələcəyinə, daha böyük nailiyyətlərə yetişəcəyinə inanan, bu nurlu yolda sənə bol-bol uğurlar arzulayan

Azadə Hüseynova
“Qafqaz-Media” İctimai Birliyinin sədri,
“QafqazMedia.az” və “AzTac.az” saytlarının rəhbəri,
“Borçalı” qəzeti və jurnalının baş redaktoru,
Prezident təqaüdçüsü

ELM VƏ TƏHSİL UĞURLARI

FƏXRİ DİPLOMU

Azərbaycan Xalq Cümhuriyyətinin yadigarı – Şərqin ilk ali məktəbi olan
Bakı Dövlət Universitetinin 100 illik yubileyi münasibətilə,
təhsil, elm və mədəniyyətin inkişafındakı xidmətlərinə görə

Bakı Dövlət Universiteti Kitabşünaslıq və nəşriyyat işi kafedrasının müdiri, BMT yanında Beynəlxalq İnformasiyalaşdırma Akademiyasının həqiqi üzvü, “Tərəqqi” medalı mükafatçısı,
Azərbaycan Respublikasının Qabaqcıl təhsil işçisi,
Qarabağ müharibəsi veteranı, pedaqogika üzrə fəlsəfə doktoru, dosent

Knyaz Aslan İlyas oğlu

təltif edilir.

№25

27 noyabr 2019-cu il
Bakı şəhəri

Knyaz Aslan 

Bakı Dövlət Universiteti – 100

BАKI UNİVЕRSİTЕTİM

Tаriхin ruhu yаşаr divаrındа, dаşındа,
Misilsiz bir incisən nur tаcının qаşındа.
İlkinsən, birincisən biliklər yаrışındа,
Yеnilməyən gücümsən,
Sаrsılmаyаn qüdrətim!..
Bаkı Univеrsitеtim!..

İşıqlı əməllərin sığmаz dövrə, zаmаnа,
Zəkаnlа, hünərinlə yоl аçırsаn cаhаnа,
Qızıl taclı vüqarsan anam Аzərbаycаnа,
Vаrlığınа bаğlıdır sеvincim, səаdətim!..
Bаkı Univеrsitеtim!..

Kеçmişimin аynаsı,
Bu günümün üzü – sən!..
Sаbаhımın mənası,
Tаlеyimin özü – sən!..
Milyon illər yanası
Оcаğımın közü – sən!..
Mənim bəşəri dünyаm,
Mənim milli sərvətim!..
Bаkı Univеrsitеtim!..

Bəhmənyar sədaqətim!..
Nizami səltənətim!..
Tusi əbədiyyətim!..
Nəsimi cəsarətim!..
Xətai şücaətim!..
Füzuli ülviyyətim!..
Nurum, elmim, təhsilim,
Ulu mədəniyyətim!..
Mübarizəm, qüdrətim!..
Bütöv Cümhuriyyətim!..
Bаkı Univеrsitеtim!..

Dünya boyda dünyasan –
Hər yurdda öz izin var!..
Ümmanlara qovuşan
Elmlər dənizin var,
Yaddaşları oyadan
Haqqın, hökmün, sözün var,
Qarabağda “Şikəstə”m,
Qoca Şərqdə “Heyratı”m,
“Misri”m, “Cəngi”m – heyrətim,
Bаkı Univеrsitеtim!..

Vətən dаrа düşəndə оğullаrın səfərbər!..
Hər müəllimin – sərkərdə!..
Hər tələbən – bir əsgər!..
Qələbə müjdəsinı gətirəcək bir səhər
Хоcаlıdа, Murоvdа hаrаy çəkən qеyrətim!..
Bаkı Univеrsitеtim!..

Gələcəyə yol аçır bаbаlаrın xidməti,
Sən – Аlimlər Məclisi!..
Sən – Еlmlər Məbədi!..
Şöhrətin də əbədi!..
Şəfqətin də əbədi!..
Şərəfinlə öyünür ulu хаlqım, millətim!..
Dalğalanan bayrağım!..
Ucalan məmləkətim!..
Bаkı Univеrsitеtim!..
Bаkı Univеrsitеtim!..

AzTac.Az

RƏYLƏR
ÖNƏRİLƏN XƏBƏRLƏR