idman

Ronaldu: "Messi mənim üçün rəqib deyil"

  • 01 Jun 2017
  • 298 baxış

İspaniyanın "Real" klubunun hücumçusu Kriştianu Ronaldu dünyanın ən yaxşı futbolçusu adı uğrunda rəqabət apardığı "Barselona"nın forvardı Lionel Messiyə olan münasibətindən danışıb.

XalqTV.com  "Report"a istinadən bildirir ki, o, Messinin parlaq futbolçu olduğu qeyd edib.
"Yaxşı futbolçuların hamısının oyununa baxmaq mənim xoşuma gəlir, Messi isə parlaq futbolçudur. Əlbəttə, mən onun oyununa böyük məmnuniyyətlə baxıram. Biz onunla yaxşı münasibətdəyik və bir-birinə hörmət edirik. Deyə bilmərəm ki, onlara gedirəm və oturub bir yerdə nahar edirik. Mən onu dostum da adlandıra bilmərəm, lakin mənim üçün Messi rəqib deyil, həmkardır", - deyə "Sport.es" nəşri "Fox Sports Argentina"ya istinadən Ronaldunun sözlərini sitat gətirib.

XalqTV.com

Digər maraqlı xəbərlər XalqTV.com-ın Facebook səhifəsində

RƏYLƏR
ÖNƏRİLƏN XƏBƏRLƏR

Warning: fopen(../cache/2026/04/21/cached-xeber-1867-ronaldu--messi-menim-ucun-reqib-deyil..html): failed to open stream: No such file or directory in /home/xalqtv/public_html/bottom-cache.php on line 9

Warning: fwrite() expects parameter 1 to be resource, boolean given in /home/xalqtv/public_html/bottom-cache.php on line 10

Warning: fclose() expects parameter 1 to be resource, boolean given in /home/xalqtv/public_html/bottom-cache.php on line 11