Xəbərlər

Bakıda 7 maşın bir-birinə girdi - ANBAAN VİDEO

  • 17 Dec 2019
  • 35184 baxış

Bakıda baş vermiş zəncirvari qəza kameraya düşüb.

XalqTv.com avtosfer.az-a istinadən xəbər verir ki, hadisə Aeroport yolunda, Sabunçu körpüsünün altında baş verib. İlk olaraq manevr qaydalarını pozan VAZ 21015 markalı avtomobil VAZ 2107 markalı maşını arxadan vurur. Ardınca qəza işıqlarını yandıran "07"nin sürücüsü avtomobili dayandırır. Bu zaman arxadan gələn digər avtomobilin sürücüsü əyləci basır. Təbii ki, ara məsafəsi düzgün seçilmədiyi üçün zəncirvari qəza baş verir. Nəticədə 7 avtomobilə ziyan dəyir. 

Qeyd edək ki, bu yolda tez-tez analoji hadisələr baş verir. Yüksəksürətli olduğu üçün qəfil dayanma və ya əyləci basma zamanı qəza açıqlmaz olur. Videonu təqdim edirik:


XalqTv.com

RƏYLƏR
ÖNƏRİLƏN XƏBƏRLƏR