Şou Bİznes

Əməkdar artist serialdan niyə çıxarılıb? - açıqlama

  • 01 Jun 2017
  • 743 baxış

Deyəsən, yerli sənət aləmində növbəti qalmqalın təməli qoyulacaq.

Xalq TV-nin SonXeber istinaden verdiyi melumata gore  belə ki, əməkdar artist Naibə Allahverdiyeva big.az-a müsahibəsində 2015-ci ildə çəkildiyi "Qardaşlar" serialı zamanı yaşanan anlaşılmaz durumdan danışıb.

Deyib ki, serialın rejissoru onun işini çox bəyənib. Lakin bir müddətdən sonra isə onu "Qardaşlar"dan uzaqlaşdırıb. Aktisa deyir ki, rejissorla aralarında yaranan bu anlaşılmaz duruma seriala çəkilən aktyorlardan biri səbəb olub:

"Seriala çəkilmişəm, görüblər ki, rolum yaxşıdır, parlaqdır. Aranı vurublar, yalandan mənim adımdan istifadə edib nəsə deyiblər. Məni vurmaq üçün ediblər, günahım olmadan... Məni gözləri götürmürdü. Necə olur ki, rejissor gəlib mənə "ən gözəl səhnələr sizinkilərdir" – deyirdi. Gözlənilmədən qərar çıxdı ki, mən serialdan getməliyəm. Hələ də indiyə kimi bilmirəm ki, serialdan uzaqlaşdırılmağımın səbəbi nə idi. O hadisədən sonra ağır sarsıntı keçirdim, əsəblərimdən müalicə olundum. İstedadlı adamı yox etməyə çalışmaqla, ona badalaq gəlməklə deyil. Gec-tez sənəti qiymətləndirən, əsl aktrisalara dəyər verən rejissor çıxıb, məni çəkəcək. 15-20 il keçsə də, mən insanların qəlbində yaşayıram. Qoy onlar elə bilməsin ki, Naibəni vurdular, yıxdılar, sındırdılar... Mən reytinqimi indiyə qədər saxlaya bilmişəm. Baxmayaraq ki, seraillarda yoxam, efirlərə demək olar ki, çıxmıram. Amma mən teatr səhnəsində oynayanda, tamaşaçı alqışlayır. Düzdür, məni efirə dəvət edirlər, çox sağ olsunlar. Lakin elə verilişlər var ki, özüm çıxmıram. Mənə aid olmayan mövzulara, verilişlərə çıxmaq istəmirəm. Çünki mən aktrisayam, efirlərdə filmlə, serialla görünməliyəm. Demirəm ki, gənclərimiz istedadlı deyil, ancaq biz çəkilək. Çox istəyirəm ki, bizim gənc aktrisalarımız olsun, istedadlı aktyorlarımız var. Cavan və istedadlı rejissorlarımız var. Qoymurlar, başa düşürsünüz, imkan vermirlər. Rejissorlardan biri mənə dedi ki, Naibə xanım, sizi çəkmək istəyirdim. Bir nəfər aktyor dedi ki, oy, o, elə kaprizlidir ki... Amma halbuki məndə kapriz deyilən şey yoxdur".

"Qardaşlar" layihəsinin baş prodüseri Elməddin Cəfərov bizimlə söhbətində Naibə Allahverdiyeva ilə yollarını ayırmağının əsl səbəbini açıqlayıb. Əlavə edib ki, burada hər hansı bir paxıllıq hissi və ya anlaşılmazlıqdan söhbət gedə bilməz:

"Naibə xanım canımızdır. Amma hadisə belə olmayıb. Biz ssenarini düz yazmamışdıq. Obrazları tamaşaçıya düzgün təqdim etməmişdik. Naibə xanım serialda qayınana obrazında idi. Biz dünya praktikasına əsaslanıb, fərqli, müasir qayınana çəkmək istədik. Türkiyə istehsalı olan "Ayrılsaq da, bərabəriz" serialındakı effekti, obrazı vermək istədik, alınmadı. Baxdım ki, Naibə xanımın obrazına bir az qıcıq yarandı. Çox təpkilər gəldi ki, bu yaşda qayınana belə olmamalıdır. Televiziya rəhbərliyindən də reaksiya gəldi ki, bir yanlışlıq etmisiniz. Yəni deməyim odur ki, nə zamansa uyğun rol olanda, Naibə xanımla yenə bir yerdə çalışacağıq. Aktyorlardan kimsə gəlib mənə deməyib ki, Naibə Allahverdiyevanı serialdan çıxar. Bu mümkünsüz bir şeydir. Çünki Naibə xanım mənim üçün çox dəyərli adamdır. Yanlışlıq bizdə oldu, bir az "çiy" iş gördük, yəni başqa bir problem yox idi."

RƏYLƏR
ÖNƏRİLƏN XƏBƏRLƏR