Xəbərlər

Əhaliyə şad xəbər - Evlər ucuzlaşdı

  • 01 Jun 2017
  • 442 baxış

Xalq TV-nin istinadən verdiyi məlumata görə Aprel ayında Bakıda kirayə mənzil bazarında qiymətlərdə 5.71 faiz azalma müşahidə olunub.

"MBA Group" konsaltinq şirkətinin baş direktoru, daşınmaz əmlak sahəsində ekspert Nüsrət İbrahimov deyib.

N.İbrahimov bildirib ki, qiymətlərin aşağı düşməsinə səbəb tədris ilinin başa çatmasıdır: "Adətən, aprel-may aylarında kirayə mənzil bazarında qiymətlərin aşağı düşməsi qaçılmaz olur. Bu da ki, tədris ilinin başa çatması ilə əlaqədar olur. Tələbələr kirayə tutduqları mənzilləri təhvil verməyə başlayırlar və boş mənzillərin sayı artır. Ancaq sentyabr ayından qiymətlər yenidən bahalaşmağa başlayır".

N.İbrahimov onu da əlavə edib ki, kirayə mənzil bazarında ən çox tələb 2 otaqlı mənzillərədir.

RƏYLƏR
ÖNƏRİLƏN XƏBƏRLƏR