Xəbərlər

XalqTv.com Trend istinadən xəbər verir ki, bunu Azərbaycan Turizm Bürosunun Baş icraçı direktoru Flo

  • 14 Jan 2020
  • 16066 baxış

Xalq Tv.com  Trend-ə istinadən xəbər verir ki, bunu Azərbaycan Turizm Bürosunun Baş icraçı direktoru Florian Zenqstşmid deyib.

O bildirib ki, 2019-cu ildə Azərbaycanda turizm sahəsində rekord nəticə əldə edilib. Ötən il Azərbaycana 3,2 milyon nəfər turist səfər edib:

"Turizm sahəsində artım 11,4 faiz olub. Artım Avropa ölkələri ilə müqayisədə xüsusilə çox olub. Asiya bazarı üzrə isə daha aşağı artım müşahidə edilib. Bu, o deməkdir ki, biz artıq öz marketinq strategiyamızda yeni yollar müəyyən etməliyik. Başa düşməliyik ki, turistlər daha etibarlı kommersiya qurumlarına ehtiyac duyurlar".

F. Zenqstşmid 2020-ci ildə turizm sahəsində təxminən 10 faiz artım gözlənildiyini bildirib və əlavə edib ki, daxili şərait nəzər alınsa, bu, çox yaxşı artımdır.

Direktorun sözlərinə əsasən, 2020-ci ildə Türizm Bürosunun xarici ölkələrdə yeni nümayəndəliklərinin açılması nəzərdə tutulur. Bu ilin birinci rübündə Ukrayna, Qazaxıstan, Cənubi Koreya və Yaponiyada yeni nümayəndəliklər açılacaq


Xalq Tv.com

RƏYLƏR
ÖNƏRİLƏN XƏBƏRLƏR

Warning: fopen(../cache/2026/04/19/cached-xeber-18737-xalqtv..html): failed to open stream: No such file or directory in /home/xalqtv/public_html/bottom-cache.php on line 9

Warning: fwrite() expects parameter 1 to be resource, boolean given in /home/xalqtv/public_html/bottom-cache.php on line 10

Warning: fclose() expects parameter 1 to be resource, boolean given in /home/xalqtv/public_html/bottom-cache.php on line 11