Xəbərlər

Qaz balonlarının olduğu avtomobil hərəkət zolağında yandı - VİDEO

  • 16 Jan 2020
  • 45961 baxış

Rusiyanın Sankt-Peterburq şəhərində içərisində qaz balonlarının olduğu avtomobildə yanğın baş verib.

XalqTv.com. avtosfer.az-a istinadən xəbər verir ki, insident bu gün axşam saatlarında Primorsk rayonunun Akademik Krılov küçəsində qeydə alınıb. Bunu yerli FHN məlumat verib.

Bildirilir ki, alovlar yanğınsöndürmə bölmələri tərəfindən söndürülüb, avtomobildən 3 ədəd qaz balonu götürülərək hadisə yerindən uzaqlaşdırılıb.

Nəticədə sürücü yanıq xəsarətləri alıb. Ona "təcili tibbi yardım" briqadasının əməkdaşları tərəfindən ilkin tibbi yardım göstərilib.XalqTv.com

RƏYLƏR
ÖNƏRİLƏN XƏBƏRLƏR