Xəbərlər

Yeni doğulan körpə "beyin soyutma" üsulu ilə həyatda qaldı

  • 18 Jan 2020
  • 4877 baxış

Doğum sırasında yetərli oksigen ala bilməyən körpə ölmək təhlükəsi yaşayıb.

XalqTv.com medicina.az-a istinadən bildirir ki, Türkiyədə doğulan Mehmet Ali adlı körpəyə bu səbəbdən tənəffüs aparatı qoşulub. Daha sonra başqa xəstəxanaya göndərilib.

Xəstəxanada körpədə yarana biləcək risklərin qarşısını almaq üçün "beyin soyutma" əməliyyatı tətbiq edilib. Professort Hakan.K bildirib ki, bu üsulla körpənin beyin istiliyi bədən istiliyindən 2-3 dərəcə daha çox soyudulub və beyin toxumasının oksigenə ehtiyacı azaldılıb. Nəticədə beyin toxumasının yetərli oksigen tədarükünü təmin etmək mümkün olub.

Həkim bildirib ki, "beyin soyutma" ana bətnində, yaxud da doğum zamanı oksigensiz qaldıqları üçün ölüm, zehni və fiziki əngəl riski yüksək olan körpələrdə istifadə edilir.

Həkim hazırda körpənin yaxşı qidalandığını, çəkisinin artığını, reflekslərinin normal olduğunu bildirilib. Bir həftəlik müalicədən sonra sağlam şəkildə ailəsinə təhvil veriləcək


XalqTv.com



.

RƏYLƏR
ÖNƏRİLƏN XƏBƏRLƏR