Xəbərlər

"O, vəzifədə səviyyəsiz, təsadüfi bir adamdır"

  • 14 May 2020
  • 273 baxış

XalqTv.com-un məlumatına görə:

Bu məlumatı oxuyanda təəccüblənmədim. Ona görə təəccüblənmədim ki, bu reallıqdır, beynəlxalq ictimaiyyət də bunu qəbul edir.

Bunu Milli.Az-a Milli Məclisin Əmək və sosial siyasət komitəsinin sədr müavini Məlahət İbrahimqızı deyib.

"Ermənistan dövlətini idarə edənlər elə faşist siyasəti həyata keçirirlər. Biz "faşizm" nəyə deyirik?! Faşizm insanlığa qarşı ən ağır cinayətləri törədənlərə deyirlər. Xocalı soyqrımını törətdilər, bizim Qərbi Azərbaycanda yaşayan azərbaycanlıların başına dünyada misli görünməmiş faciələr törətdilər. Hələ bu araşdırılmalı bir məsələdir. Onlar Azərbaycan, türk xalqına qarşı o qədər cinayət törədiblər ki... Yəqin ki, onilliklər keçəcəkdir, biz araşdırıb onların nəşrlərini ortaya çıxaracağıq.

Ermənilərin əməli faşizmlikdir, faşizmlikdən geri qalmırlar. Erməni faşizminin nəticəsidir ki, sərhədyanı bölgələrdə uşaqları öldürürlər, qətlə yetirirlər, mülki insanları məhv edirlər. Ermənilər deyə bilməz ki, hələ bir dəfə Azərbaycan ordusunun əsgəri erməni uşağını, mülki bir ermənini öldürüblər. Onlar sərhəd bölgəsində azərbaycanlılara qarşı atəşkəsi pozanda, cinayət törədəndə, təbii ki, bizim ordu cavablarını layiqincə verir", - millət vəkili qeyd edib. 

Deputat faşizm ideologiyasının Paşinyanın babasından Böyük Vətən Müharibəsi dövründən nəvəsinə miras qaldığını qeyd edib: 

Paşinyan Sarkisyanı, özü demiş, "küçə inqilabı" ilə devirib hakimiyyətə gəldi. Mənə elə gəlir ki, heç kim təəccüblənmədi ki, Paşinyan humanist olacaq, sülhpərvər olacaq, beynəlxalq təşkilatların Ermənistanı təcavüzkar kimi tanıdığını qabağına qoyub bir xəcalət hissi ilə deyəcək ki, "Yox da, mən bir halda ki, Serj Sarkisyanı devirdimsə, onun siyasətinin əleyhinəyəm. Özümə müsbət imic qurum. Beynəlxalq qətnamələrin həyata keçirilməsi ilə bağlı danışıqlarda Azərbaycanla konstruktiv əmkdaşlıq edim".

Biz bunun əksini gördük. O, səviyyəsiz, təsadüfi bir adamdır vəzifədə. Hər dəfə də möhtərəm prezidentimiz müxtəlif səviyyələrdə onu istər "Valday" Diskussiya Klubunun iclasında, istər Münhen Təhlükəsizlik Konfransında, istərsə də digər tədbirlərdə ifşa edir. Paşinyan müxtəlif beynəlxalq tədbirlərdə də ayrı-ayrı tanınmış siyasətçilər tərəfindən ifşa olunur. Əməllərinə görə onların faşistdən heç bir fərqi yoxdur və erməni hakimiyyəti mahiyyəti, fəlsəfəsi ilə faşizm ideyalarını davam etdirir. Mətbuatda bu məlumatı oxuyanda çox sevindim ki, bunu faktlarla, sənədlərlə qoyublar. Bundan əvvəl də II Dünya Müharibəsində faşizmə satılan Qaregin Njdeyə Ermənistanda abidə ucaldılıb. Bu abidəni Paşinyan da təqdir edir. Amma Avropaya gedəndə başqa sifət alır. Orada bilmir necə etsin ki, özünə müsbət rəy yaratsın. Çünki almanlar özləri faşizmi dəstəkləmirlər axı. Paşinyanın bu etdiyi erməni riyakarlığının, yaltaqlığının formalarından biridir. Dünyada siyasi riyakarlıq çox görmüşük, amma erməni riyakarlığı qədər dahşətlisini görməmişik.

Paşinyanın babasının 1941-1945-ci illərdə faşistlərə xidmət etməsi ilə bağlı faktların üzə çıxmasına çox sevindim. Bir daha sübut olundu ki, Paşinyanın gələcəkdə əməli, siyasəti faşizmin həyata keçməsi istiqamətində olacaq".

Təhməz Təkin

RƏYLƏR
ÖNƏRİLƏN XƏBƏRLƏR