Xəbərlər

Vətən uğrunda döyüşənlər.

  • 15 May 2020
  • 446 baxış

Azərbaycanlı fotoqraf Əziz Kərimov Böyük Vətən müharibəsində qələbənin 75 illik yubileyinə həsr olunmuş fotolayihə hazırlayıb.

xalqtv.com - un “Qafqazinfo” - ya əsasən verdiyi məlumatına görə, fotolayihədə 8 müharibə veteranı yer alıb. Onlar - Balahəsən Əmirov (100 yaş), Tamleyxa Həsənov (99 yaş), Ələkbər Təhməzov (98), Məhərrəm Məmmədyarov (96 yaş), Azər Dadaşov (95 yaş), Vera Rəhimova (99 yaş), Cənnət Hüseynov (95 yaş) və Mehdi Mehdiyevdir (96 yaş). Sözügedən fotolar ABŞ-ın qabaqcıl foto agentliklərindən olan "Getty Images"də də yer alıb. 

Qeyd edək ki, bu gün alman faşizmi üzərində tarixi qələbədən 75 il keçir. Böyük Vətən müharibəsi 1945-ci il mayın 9-da - Berlindəki Reyxstaq binası üzərindən faşizm bayrağının endirilməsi və SSRİ-nin bayrağının sancılması ilə başa çatıb.

Tamleyxa Həsənov - 99 yaş

Ələkbər Təhməzov – 98

Məhərrəm Məmmədyarov - 96 yaş

Azər Dadaşov - 95 yaş

Vera Rəhimova - 99 yaş

Cənnət Hüseynov - 95 yaş

Mehdi Mehdiyev - 96 yaş


https://xalqtv.com/

RƏYLƏR
ÖNƏRİLƏN XƏBƏRLƏR