Xəbərlər

Azərbaycanda uçuşlar bərpa edilir?

  • 02 Jun 2020
  • 384 baxış


Nazirlər Kabineti Macarıstanın "Wizzair" aviaşirkətinin iyunun 19-dan Bakı-Budapeşt-Bakı reysini bərpa edəcəyi ilə bağlı elanına aydınlıq gətirib.

XalqTv.com  xəbər verir ki, Nazirlər Kabinetinin Mətbuat xidmətinin rəhbəri İbrahim Məmmədov Trend-ə açıqlamasında bildirib ki, qurumda bu barədə heç bir məlumat yoxdur:

"Bildiyiniz kimi ölkədə uçuşlar iyunun 15-ə kimi dayandırılıb. "Wizzair"in Bakıya uçuşları ilə bağlı isə bizə məlumat daxil olmayıb".

Qeyd edək ki, Türkiyə avişirkətilərindən biri də bu ay Bakıya uçuşların həyata keçiriləcəyi barədə məlumat yayıblar.                                                                                                                            



https://xalqtv.com/

RƏYLƏR
ÖNƏRİLƏN XƏBƏRLƏR