Xəbərlər

Ali məktəblərə ərizə verən abituriyentlərin sayı açıqlandı

  • 02 Jun 2020
  • 353 baxış

Ali təhsilin bakalavr səviyyəsinə ərizə verən abituriyentlərin sayı açıqlanıb.

Dövlət İmtahan Mərkəzindən XalqTv.com-a verilən məlumata görə, bu gün saat 12:00-a  qədər ərizə verən abituriyentlərin sayı 78912-dir. I-IV qrup üzrə 66308 abituriyent ərizə verib. Onlardan 60572-si Azərbaycan, 5736-sı rus bölməsindəndir. 

I qrup üzrə indiyə qədər 28034 (25663 nəfər Azərbaycan, 2371 nəfər rus bölməsi), II qrup üzrə 12516 (11265 nəfər Azərbaycan, 1251 nəfər rus bölməsi), III qrup üzrə 20948 (19456 nəfər Azərbaycan, 1492 nəfər rus bölməsi), IV qrup üzrə 4810 (3975 nəfər Azərbaycan, 590 nəfər rus bölməsi) nəfər ali məktəblərə sənəd verib.

V qrup üzrə qeydiyyatdan keçənlərin sayı ümumilikdə 50516 nəfərdir, onlardan 47218 nəfəri Azərbaycan, 3398-i isə rus bölməsidir.

Qeyd edək ki, ali təhsil müəssisələrinə əri­zələrin qəbulu mayın 12-də başlayıb. Elektron ərizə qəbulu iyunun 5-i saat 23:59-dək internet vasitəsilə aparılacaq.


https://xalqtv.com/

RƏYLƏR
ÖNƏRİLƏN XƏBƏRLƏR