Şou Bİznes

Azərbaycanlı müğənniyə oğlundan şok ittiham: “Məni döyüb, ayağımı stula bağlayırdı”

  • 04 Jun 2020
  • 378 baxış

4
8
382
  Virtual karabakh

Azərbaycanlı müğənniyə oğlundan şok ittiham: “Məni döyüb, ayağımı stula bağlayırdı” 

“Canlı efirə zəng etməkdə məqsədim bu məsələyə birdəfəlik son qoymaqdır. Dürdanə xamın doğru danışmır. Ailəmiz və bibimin həyat yoldaşı barədə yalan məlumatlar verir”.

XalqTv.com xəbər verir ki, bu sözləri şou-biznes aləmində Dana təxəllüsü ilə tanınan müğənni Dürdanənın oğlu Murad “ATV” telekanalında yayımlanan “Bizimləsən” sosial-ictimai proqramının canlı efirinə qoşularaq deyib.

17 ildir müğənnini görməyən oğlu anası tərəfindən döyüldüyünü bildirib:

“Altı yaşımda anam məni aparmaq istəyəndə, dedim ki, çıx get. Onunla getmək istəmədim. Üç yaşım olanda Dürdanə xanım makiyaj vasitələrini dağıtdığım üçün məni döydü, ayağımı stula bağladı. Döyəndən sonra məni tək qoyub, çıxıb getdi. Hamısı yadımdadır”.

Proqramın aparıcısı Zaur Baxşəliyevin “Anana qarşı ürəyində rəhm var?” sualına Murad “Dürdanə xanıma qarşı nə sevgim, nə də rəhmim var” cavabını verərək, anasını göz yaşlarına boğub.

O, “Məni saxlayan, boya-başa çatdıran, qayğılarımı çəkən bibilərim olub. Anama qarşı istəyim yoxdur”, - deyərək fikirlərini tamamlayıb.

Övladının sözlərindən pərişan vəziyyətə düşən Dürdanə əslində, Muradın onu çox sevdiyini və hər zaman arxasında olacağını söyləyib:

“Muradın mənə qarşı istəyi var. “Yox”u onun “hə” deməsidir. O, zəng etməyə bilməzdi. Sənin mənə qarşı sevgin var. Ana kimi bunu deyirəm. Sənə ana lazım olacaq, hər zaman arxandayam. Nə zaman zəng vursan, yanındayam. Sadəcə, bibin münasibətimizə müdaxilə edir”.

Qeyd edək ki, müğənni Dürdanə canlı efirə gələrək, baldızının ailəsinin 17 ildir ki, oğlunun onunla görüşməsinə icazə vermədiyini bildirib.

RƏYLƏR
ÖNƏRİLƏN XƏBƏRLƏR