Şou Bİznes

Türk məşhurlar instaqramdan nə qədər qazanır?

  • 08 Jun 2020
  • 307 baxış

Türk məşhurlar instaqramdan nə qədər qazanır?

Türk məşhurlar instaqramdan nə qədər qazanır?


Türkiyənin “Posta” qəzeti sosial şəbəkələrdən, xüsusilə instaqramdan pul qazanan məşhurlar barədə məqalə dərc edib.

“XalqTv.com” xəbər verir ki, rejissor Onur Ünlünün sevgilisi, aktrisa Hazar Ergüçlü səhifəsində reklam paylaşımı üçün 50, hekayə bölməsində məlumat yerləşdirmək üçün 30 min TL qazanır.

Son dövrlərin populyar komediya aktyoru Enis Arıkanda da qiymətlər H. Ergüçlü ilə eynidir.

Türkiyənin populyar ulduzu Burcu Esmersoy 4 milyon izləyicisi olan instaqramda reklam üçün 30-50 min TL ödəniş tələb edir.

Sosial media paylaşımları ilə tez-tez gündəmə gələn aktrisa Doğa Rutkay isə hekayə bölməsi üçün 20, əsas səhifə üçün 30 min TL istəyir.

Model Çağla Şikelin 3, 5 milyonluq səhifəsində reklam 40 min lirədir.

Şeyma Subaşı isə hər hekayə üçün 50, əsas səhifədə paylaşıma görə 75 min TL pul qazanır. 


https://xalqtv.com/

RƏYLƏR
ÖNƏRİLƏN XƏBƏRLƏR