Xəbərlər

Göyçay sakini və qardaşı oğlundan silah götürüldü

  • 09 Jun 2020
  • 286 baxış


Göyçay sakini və qardaşı oğlundan silah götürüldü


Türkiye'de her 100 kişiden 12'sinde silah var


Sumqayıt və Göyçay sakinlərindən odlu silah götürülüb.

XalqTv.com xəbər verirki, Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətindən BAKU.WS-ə verilən məlumatına görə, Nəsimi Rayon Polis İdarəsinin 19-cu Polis Şöbəsi əməkdaşlarının daxil olmuş məlumat əsasında keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində Sumqayıt şəhər sakini, əvvəllər məhkum olunmuş İ.İsmayılovdan nömrəsi silinmiş “Makarov” markalı tapança, altı ədəd patron və bir ədəd patron darağı aşkar edilərək götürülüb.

Göyçay Rayon Polis Şöbəsi əməkdaşlarının daxil olmuş məlumat əsasında keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində Alıkənd kənd sakinləri E.Qasımov və qardaşı oğlundan iki ədəd “TOZ-16” markalı ov tüfəngləri aşkar edilərək götürülüb.

Hər iki faktla bağlı araşdırma aparılır.


https://xalqtv.com/

RƏYLƏR
ÖNƏRİLƏN XƏBƏRLƏR