Xəbərlər

Sərnişinləri Bakıya qeyri-qanuni yollarla gətirən mikroavtobus sürücüləri saxlanılıblar - FOTO

  • 09 Jun 2020
  • 281 baxış

Sərnişinləri Bakıya qeyri-qanuni yollarla gətirən mikroavtobus sürücüləri saxlanılıblar - FOTO

Sərnişinləri Bakıya qeyri-qanuni yollarla gətirən mikroavtobus sürücüləri saxlanılıblar - FOTO

Ölkədə tətbiq edilən sanitar-karantin qaydalarına zidd olaraq bölgələrdən rayon qeydiyyatında olan şəxsləri qeyri-qanuni yollarla Bakı şəhərinə gətirən sərnişin mikroavtobuslarının sürücüləri saxlanılıblar.

XalqTv.com xəbər veririki, DİN-in Mətbuat xidmətindən BAKU.WS-ə bildirilib ki, Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin əməkdaşlarının daxil olmuş məlumat əsasında keçirdikləri əməliyyat-axtarış tədbiri nəticəsində Bakı şəhər sakinləri Şərkan Kamalov, Şamo Şamilov, Sumqayıt şəhər sakini Elçin Əliyev və Füzuli rayon sakini Hafiz Ağayev tutulub.

Araşdırma zamanı müəyyən olunub ki, Hafiz Ağayev və Elçin Əliyev sərnişinləri əvvəlcədən razılaşdırdıqları kimi Ələt qəsəbəsindəki karantin postuna bir neçə kilometr qalmış avtomobildən düşürürmüşlər.

Burada isə sərnişinləri Şərkan Kamalov və Şamo Kamilov idarə etdikləri mikroavtobuslara mindirərək posta daxil olmadan müxtəlif yollarla paytaxta gətirirmişlər.

Qeyd edilən faktlarla bağlı dəstə üzvlərinin hər biri İnzibati Xətalar Məcəlləsinin müvafiq maddəsi ilə təqsirli bilinərək məhkəmənin qərarı ilə 30 sutka inzibati qaydada həbs ediliblər.


https://xalqtv.com/

RƏYLƏR
ÖNƏRİLƏN XƏBƏRLƏR