Dünya

Bu meşəyə yalnız intihar üçün gedirlər - FOTO

  • 01 Jun 2017
  • 260 baxış

Aokiqahara meşəsi Yaponiyanın məşhur Fuji dağının ətəyində yerləşir. Yerli və xarici turistlər bu meşəyə Fuji dağını görmək, dağın fotolarını çəkmək üçün gəlir. İnsanlar özləri üçün müəyyən edilən hərəkət zolağını dəyişməyin nə qədər təhlükəli olduğunu yaxşı bilirlər. Çünki burada inanılmaz sıx yerləşən bitki örtüyü, itən zaman istiqaməti tapmaq və ya başqalarının səsinizi eşitməyə imkan vermir.

Lakin bu meşədə azanlar da var. Onlara təyin olunan hərəkət istiqamətini tərk etmələrinə cəsarət verən tək səbəb intihar etmək məqsədləri ilə bağlıdır. Yaponiya tarixində mistik bir yeri olan və ölü ruhlarla "qaynaşan" Aokiqahara yazıçı Seiço Matsumotonun qələmə aldığı "Kuro Kaiju" romanında iki obrazın bu meşədə intihar etməsindən sonra intihar məkanına çevrilib.

Aokiqaharanın girişinə çatanda rast gəlinən tərk edilmiş avtomobillər ora haqqda ilk fikri formalaşdırır. Meşəyə girdikdə "Ocaq qalamayın, zibil atmayın" kimi şablon xəbərdarlıqlar yerinə "Xahiş edirik intihar etməyin, həyat sizə verilmiş bir hədiyyədir, ailənizi və dostlarınızı düşünün" kimi ifadələr yazılıb.

Meşənin içinə doğru irəlilədikdə ağaclarda giley məqsədli vida qeydləri görünür. Meşə ağaclardan sallanan və ağac diblərində həddindən artıq dozada həb qəbul edərək özünü öldürmüş insanların cəsədləri ilə doludur.

Və bəzilərinin aldıqları qərarı son dəfə düşünmək üçün bir neçə gün orada qaldığı da deyilir.

Yaponiya bu meşədəki intiharların sayını rəsmi olaraq açıqlamır, lakin rəqəmin il ərzində 50-100 arası dəyişdiyi təxmin edilir.

Yaponiyalı sosioloq və yazar Vataru Tsuruminin intihar etmək istəyənlər üçün Aokiqahara meşəsini kitabında intihar etmək üçün çox uyğun bir yer kimi izah edib.

Müxtəlif kitablarda, sənədli filmlərdə yer verilən meşənin hekayəsi sonuncu dəfə 2016-cı ildə viziona daxil olan "The Forest" adlı qorxu filmində işlənib.

Məhəmməd Vaqif
XalqTV.com

Digər maraqlı xəbərlər XalqTV.com-ın Facebook səhifəsində

RƏYLƏR
ÖNƏRİLƏN XƏBƏRLƏR