Xəbərlər

“Atabank” və “Amrahbank”ın əmanətçilərinə 47,1 milyon manat kompensasiya ödənilib

  • 11 Jun 2020
  • 372 baxış

“Atabank” və “Amrahbank”ın əmanətçilərinə 47,1 milyon manat kompensasiya ödənilib


Əmanətlərin Sığortalanması Fondu ləğv prosesində olan "Atabank" ASC və "Amrahbank" ASC-də qorunan əmanətlər üzrə kompensasiyaların ödənilməsinə 1 iyun 2020-ci il tarixindən başlayıb və 10 iyun 2020-ci il tarixinə ləğv prosesində olan "Atabank" ASC və "Amrahbank" ASC-nin əmanətçilərinə 47,1 milyon manat kompensasiya ödənilib.

XalqTv.com xəbər verir ki, Fonddan Trend-ə verilən məlumata görə, "Atabank" ASC və "Amrahbank" ASC-də qorunan əmanətlər üzrə kompensasiyalar nağdsız qaydada "Kapital Bank" ASC-nin adlı debet kartları və "Xəzri" sürətli pul köçürmə sistemi vasitəsilə 35 filialda ödənilir.

Qeyd olunur ki, "Əmanətlərin sığoratalanması haqqında" Azərbaycan Respublikasının Qanunun 28.3-cü maddəsinə əsasən, Əmanətlərin Sığortalanması Fondu əmanətçilərin ərizələrini kompensasiya ödənişi haqqında bildirişin ilk dəfə dərc edildiyi gündən başlayaraq bir il ərzində qəbul edir.


https://xalqtv.com/

RƏYLƏR
ÖNƏRİLƏN XƏBƏRLƏR

Warning: fopen(../cache/2026/04/19/cached-xeber-18938-xalqtv..html): failed to open stream: No such file or directory in /home/xalqtv/public_html/bottom-cache.php on line 9

Warning: fwrite() expects parameter 1 to be resource, boolean given in /home/xalqtv/public_html/bottom-cache.php on line 10

Warning: fclose() expects parameter 1 to be resource, boolean given in /home/xalqtv/public_html/bottom-cache.php on line 11