SAĞLAMLIQ

Alimlər koronavirusun yeni yarımnövünü aşkarladılar

  • 16 Jun 2020
  • 311 baxış

Alimlər koronavirusun yeni yarımnövünü aşkarladılar



Panamanın Sağlamlıq İnstitutunun alimləri bildiriblər ki, SARS-Cov-2 koronavirusunun ştamlarının beş ölkədəki mutasiyası nəticəsində COVID-19 xəstəliyinə səbəb olan, A2 PAN adlı yeni tipik yarımnöv virus yaranıb.

XalqTv.com  “Report”a istinadla xəbər verir ki, bu barədə Qorqas adına Sağlamlığın Öyrənilməsi İnstitutunun direktoru Xuan Paskal deyib.

"Virusun modifikasiyaları ölkə üçün yeni, tipik A2 PAN yarımnövünü yaratdı", - o “Estrella Panama” nəşrinə bildirib.

Qeyd edilir ki, Panamanın coğrafi mövqeyi və onun regional nəqliyyat funksiyası virusun dünyanın müxtəlif regionlarına yayılmasına imkan yaradıb.

SARS virusunun 150 nümunəsinin araşdırılması Qorqas adına İnstitutun alimlərinə onların yaranma ölkələrini müəyyən etməyə icazə verib. Yerli mutasiyanın ölkədə yaranmasına qədər virus ABŞ-da, İtaliyada, İspaniyada, Fransada və Asiyada dörd yarımnöv kimi mövcud olub.

Qeyd edək ki, dünyada koronavirusa yoluxma hallarının sayı 8,1 milyonu ötüb. Təhlükəli infeksiyadan ölənlərin sayı 439 085 nəfərə çatıb. Hazırda 3 460 993 nəfər aktiv koronavirus xəstəsidir. Pandemiya ərzində təhlükəli virusdan ümumilikdə 4 213 601 nəfər sağalıb.

Koronavirus infeksiyası ötən ilin dekabrında Çinin Uhan şəhərində yayılmağa başlayıb. Hazırda virus 213 ölkə və bölgədə qeydə alınıb.

Ümumdünya Səhiyyə Təşkilatı fevralın 11-də infeksiyanın adını COVID-19 qoyub, martın 11-də isə koronavirusu pandemiya elan edib.

https://xalqtv.com/


RƏYLƏR
ÖNƏRİLƏN XƏBƏRLƏR
xalqtv
"Doğuşun baş verməsi üçün..."
  • 06 May 2017
  • 45763 baxış
Gicitkənin faydaları
Gicitkənin faydaları
  • 06 May 2017
  • 632 baxış
Həzm çətinliyinə qarşı 6 qida
Həzm çətinliyinə qarşı 6 qida
  • 06 May 2017
  • 635 baxış
Dizlərimiz niyə kirəclənir?
Dizlərimiz niyə kirəclənir?
  • 06 May 2017
  • 604 baxış
Sən demə, pendir ziyan imiş
Sən demə, pendir ziyan imiş
  • 07 May 2017
  • 709 baxış
Balaca Raul: Bu xəstəlik deyil - FOTO