Xəbərlər

Bakı-İstanbul reysi ilə uçanlara xəbərdarlıq!

  • 16 Jun 2020
  • 257 baxış

Bakı-İstanbul reysi ilə uçanlara xəbərdarlıq!


Bakı-İstanbul reysi ilə uçanlara xəbərdarlıq!


AZAL Bakı-İstanbul reysi ilə uçan sərnişinlərə xəbərdarlıq edib. 

XalqTv.com xəbər verirki, Qurumun mətbuat xidmətindən “Qafqazinfo”ya daxil olan məlumata görə, 17-18 iyun tarixlərində Bakıdan İstanbula uçan sərnişinlər uçuşdan əvvəl  mütləq qaydada koronavirus infeksiyası (COVID-19) testindən keçməlidir.

Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi (TƏBİB) tərəfindən akkreditə olunmuş laboratoriyaların siyahısı ilə tanış olun:

- İnci laboratoriyası - Bülbül prospekti, 40. Əlaqə telefonu: +994 51 229 49 80

- Referans klinikası - Mirzəbala Məmmədzadə küçəsi. Əlaqə telefonu: +994 70 653 00 33

- Memorial Klinik, Qara Qarayev prospekti, 38a. Əlaqə telefonu: +994 12 520 30 40

Qaydalara əsasən sərnişinin koronavirus testindən keçməsi barədə arayış uçuşdan ən gec 48 saat əvvəl verilməlidir. Sərnişin yalnız testdən keçərək mənfi nəticə əldə etməsi  barədə arayış təqdim etdikdən sonra təyyarəyə buraxılacaq.

Bakı-İstanbul reyslərinə birinci Terminalda xidmət göstəriləcək.

Xatırladırıq ki, 17 və 18 iyun tarixlərində "Azərbaycan Hava Yolları" tərəfindən Bakı-İstanbul-Bakı marşrutu üzrə iki xüsusi reys yerinə yetiriləcək. Hər bir istiqamətdə reysə 150 sərnişin qəbul ediləcək. 

Bakı-İstanbul reysinə aviabiletləri həm Azərbaycan, həm də Türkiyə vətəndaşları (və ya həmin  ölkələrdə yaşamaq  hüququna malik olan şəxslər) əldə edə bilər. İstanbul-Bakı reysinə yalnız Azərbaycan vətəndaşları buraxılacaq.

İstanbuldan uçuş zamanı hava limanında qeydiyyatdan keçərkən sərnişin İstanbulun "Memorial Sağlık Grubu" klinikası tərəfindən uçuşdan ən gec 48 saat əvvəl verilmiş COVID-19-a dair mənfi nəticə barədə arayışı təqdim etməlidir. Qeyd etməliyik ki, bu klinika Türkiyə Səhiyyə Nazirliyi tərəfindən koronavirusa dair testdən keçmək üçün tövsiyə olunub.

AZAL sərnişinləri Operativ Qərargahın, həmçinin Ümumdünya Səhiyyə Təşkilatının COVID-19 ilə mübarizəyə dair bütün tələb və tövsiyələrinə əməl etməyə çağırır.

Aviaşirkət və hava limanı əməkdaşları isə, öz növbələrində, uçuşun maksimum dərəcədə rahat və təhlükəsiz keçməsi üçün onlardan asılı olan bütün tədbirləri görəcəklər və sərnişinlərə yalnız qəti zərurət olduqda təyyarə ilə səyahət etməyi tövsiyə edirlər.



https://xalqtv.com/

RƏYLƏR
ÖNƏRİLƏN XƏBƏRLƏR