Şou Bİznes

"Ürəyimin nə banket zalı, nə də VİP zalı var, cəmi bir qapılıdır"

  • 16 Jun 2020
  • 364 baxış

"Ürəyimin nə banket zalı, nə də VİP zalı var, cəmi bir qapılıdır" - Damla ilə müsahibə


XalqTv.com ifaçı Damlanın yenicag.az-a müsahibəsini təqdim edir:

Belə fikirlər də səslənir ki, Damla fanatlarını özü öyrədir, yönləndirir? Bu sözləri eşidəndə reaksiyanız necə olur?

Bəzən gülürəm. Mən axı o bölgələrdə kimi tanıyıram? O insanları necə topladım, necə öyrətdim, bu, axı mümkün deyil?

Belə söz-söhbət sizi depressiyaya salırmı?

Heç vaxt. Məni yalnız özüm depressiyaya sala bilərəm, başqa heç kim.

Nə çıxardır bəs depressiyadan sizi?

Çalışıram romantik filmlərə baxım. Bir az ağlayan kimi sakitləşirəm. Əslində, məni insanlar müzakirə etmir, məni müzakirə edən şou cameəsidir. Onlar da ya məni tanımaq istəmir, ya da əksinə.

- İnsan sərrafı demək olar sizə?

80 faiz...

Ayağınızın altını qazan insanla qarşılaşanda onlarla necə davranırsız?

- Qucaqlayıb bağrıma basıram və özünə hiss etdirmirəm ki, axı hər şeyi bilirəm.

Ürəyinizin "40-cı qapısı" varmı, hansı ki, ora heç kimi buraxmırsız?

Ürəyimin nə banket zalı var, nə də VİP zalı, cəmi bir qapısı var.

Özünüzə qadağalarınız var?

- Həddən artıq. O qadağalara riayət etdiyim üçün insanlar məni sevir. Mən də çox şey edərəm. Amma özümə deyirəm ki, nə olar, nə olmaz.

Adətən qapalı geyinirsiz...

Xarakterimlə bağlıdır, belə özümü daha rahat hiss edirəm. Qısa geyinsəm, bilirəm ki, əlim paltarda qalacaq.

Heç sevgi təklifləri alırsız?

- Hər kəs kimi sevgi məktubları alıram və bu, hamı kimi məni də ruhlandırır.

Xoşladığınız mesajları saxlayırsız?

Yox, silirəm.

Sirli qadın demək olar sizə?

Bəli.

Bəs eşq qadını?

Bilmirəm, son dönəmlər duyğularımı itimişəm. Tapsam, bəlkə də eşq qadını ola bilərəm. Sevə bilmirəm. Amma sevəndə, ağlımı itirəcək qədər də sevmirəm.

Sevdiyinizə nəyi qurban verərdiz?

- İşimi, övladımı, ailəmi heç bir halda qurban vermərəm.

- Dəlicəsinə vurulsanız da?

Zamanında oldu, evlilik dönəmində... Demək ki, dəymir. Məni hər halımla qəbul et, yanımda ol. Bunu bacarmırsansa, dəyişdirməyə çalışma. Mən belə hesab edirəm.

- Konsertinizdə sizi şoka salacaq təklif alsanız, cavabınız nə olar?

Məni şoka sala bilən nə təklif ola bilər ki?

Məsələn, evlilik təklifi...

Bu, məni təəccübləndirməz. Düşünərəm ki, yeri, zamanı deyil. Bəlkə də çox diqqətsizi yanaşaram həmin insana.

Sizi incidən insanla necə davranırsız?

Susmaq, uzaqlaşmaq və görməzlikdən gəlmək.

Leksikonunuzda bağışlamaq sözü var?

- Var, abzasdan, təzə sətirlə, böyük hərflərlə... Bağışlamaq böyüklükdür.

- Birdəfəlik sildiyiniz adamlar olur?

Ailəmə, mənə ziyan gətirən insanları nə axirətdə, nə qiyamətdə bağışlamayacam.

Elə günahlarınız varmı ki, Allaha yalvarıb bağışlamağını istəmisiz?

Günahsız insan yoxdur. Hamı etdiyi günahlara görə Allaha sığınır. Adam öldürməmişəm ki, deyim, o boyda günahlarım var. Amma insanıq, bəzən bilərəkdən, bəzən bilməyərəkdən səhvlər edib günah qazanırıq.

Allaha tapşırdığınız insanlar çox olub?

- Məni incidən, düzgün anlamayan, haqqımda səhv düşünən, qəsdən əzməyə çalışan insanlara cavab vermirəm, qisas hissim də yoxdur. Onları Allahın ədalətinə buraxıram.

Özünüzü gözəl qadın sayırsız?

- Gözəl qadın deyiləm, azacıq şarmım var.


https://xalqtv.com/

RƏYLƏR
ÖNƏRİLƏN XƏBƏRLƏR