Xəbərlər

Ağstafada əkin sahələrinin su təminatının yaxşılaşdırılması üçün 2.5 milyon manat ayrılıb

  • 17 Jun 2020
  • 251 baxış

Ağstafada əkin sahələrinin su təminatının yaxşılaşdırılması üçün 2.5 milyon manat ayrılıb


Ağstafada əkin sahələrinin su təminatının yaxşılaşdırılmasına 2.5 milyon manat ayrılıb


Prezident İlham Əliyev Ağstafa rayonunda əkin sahələrinin su təminatının yaxşılaşdırılması ilə bağlı əlavə tədbirlər haqqında sərəncam imzalayıb.

XALQTV.COM xəbər verir ki, sərəncama əsasən, Ağstafa rayonunun Muğanlı kəndində əkin sahələrinin su təminatının yaxşılaşdırılması məqsədilə “Azərbaycan Respublikasının 2020-ci il dövlət büdcəsində dövlət əsaslı vəsait qoyuluşu (investisiya xərcləri) üçün nəzərdə tutulan vəsaitin bölgüsü”nün 1.8.21-ci yarımbəndində göstərilmiş məbləğin 2,5 milyon (iki milyon beş yüz min) manatı Azərbaycan Meliorasiya və Su Təsərrüfatı Açıq Səhmdar Cəmiyyətinə ayrılıb.


https://xalqtv.com/

RƏYLƏR
ÖNƏRİLƏN XƏBƏRLƏR