Siyasət

İlham Əliyev Əfqanıstan Prezidentinə başsağlığı göndərdi

  • 01 Jun 2017
  • 248 baxış

Azərbaycan Prezidenti İlham Əliyev Əfqanıstan Prezidenti Əşrəf Qaniyə başsağlığı göndərib.

XalqTV.com  AZƏRTAC-a istinadən bildirir ki, başsağlığında deyilir: "Hörmətli cənab Prezident, Kabil şəhərində törədilmiş güclü partlayış nəticəsində çoxsaylı insan tələfatı və yaralananlar barədə xəbər bizi olduqca sarsıtdı.

Biz bu dəhşətli terror aktından son dərəcə hiddətlənir, terrorizmə qarşı ən sərt şəkildə, qətiyyətlə və ardıcıl mübarizə aparılmasını zəruri və vacib hesab edirik.

Baş vermiş faciə ilə əlaqədar Sizə, həlak olanların ailələrinə və yaxınlarına, bütün Əfqanıstan xalqına şəxsən öz adımdan və Azərbaycan xalqı adından dərin hüznlə başsağlığı verir, yaralananlara şəfa diləyirəm.

Allah rəhmət eləsin!".

XalqTV.com

RƏYLƏR
ÖNƏRİLƏN XƏBƏRLƏR

Warning: fopen(../cache/2026/04/20/cached-xeber-1900-ilham-eliyev-efqanistan-prezidentine-bashsagligi-gonderdi..html): failed to open stream: No such file or directory in /home/xalqtv/public_html/bottom-cache.php on line 9

Warning: fwrite() expects parameter 1 to be resource, boolean given in /home/xalqtv/public_html/bottom-cache.php on line 10

Warning: fclose() expects parameter 1 to be resource, boolean given in /home/xalqtv/public_html/bottom-cache.php on line 11