Xəbərlər

Azərbaycan incəsənətinə ağır itki üz verdi - FOTO

  • 18 Jun 2020
  • 261 baxış

Azərbaycan incəsənətinə ağır itki üz verdi - FOTO


Azərbaycan incəsənətinə ağır itki üz verdi - FOTO



Xalq rəssamı Mais Ağabəyov bu gün 79 yaşında vəfat edib.

XALQTV.COM xəbər verir ki, bu barədə Azərbaycan Dövlət Rəssamlıq Akademiyası məlumat yayıb.

Qeyd edək ki, Mais Ağabəyov 01.05.1941-ci ildə Bakıda anadan olub. 1961-ci ildə Azərbaycan Dövlət rəssamlıq məktəbini bitirmişdir. 1969-cu ildə Moskvada Ümumittifaq Dövlət Kinomatoqrafiya İnstitutunun rəssamlıq fakültəsini bitirərək "Azərbaycanfilm" kinostudiyasında quruluşçu rəssam kimi fəaliyyətə başlamışdır. Əsərləri respublika və xarici ölkələrin sərgi salonlarında nümayiş etdirilmişdir.

Azərbaycanın xalq rəssamıdır. Mais Ağabəyov 2012-ci il aprelin 26-da Təsviri sənət nominasiyasında "Humay" milli mükafatına layiq görülmüşdür.

Filmoqrafiya:
Babək (film, 1979)
Burulğan (film, 1986)
Çətirimiz buludlardır (film, 1976)
Dağıdılmış körpülər (film, 1996)
Əlvida, cənub şəhəri (film, 2006)
Girov (film, 2005)
Gümüşgöl əfsanəsi (film, 1984)
Günaydın, mələyim! (film, 2008)
Həyat bizi sınayır (film, 1972)
Xoşbəxtlik qayğıları (film, 1976)
İntizam (film, 1983)
Köpək (film, 1994)
Qətl günü (film, 1990)
Ləqəbi "İKA"dır (film, 1997)
Məkanın melodiyası (film, 2004)
Müqəddəs oda yanaram (film, 1991)
Nə gözəldir bu dünya... (film, 1999)
Nəsimi (1973)
Nizami (film, 1982)
Ölüm növbəsi (film, 2009)
Ötən ilin son gecəsi (film, 1983)
Özgə vaxt (film, 1996)
Rəssam ömrünün palitrası (film, 2006)
Sevil (film, 1970)
Super ağcaqanad (film, 1981)
Şirbalanın məhəbbəti (film, 1991)
Təkcə adanı özünlə apara bilməzsən... (film, 1980)
Təki dam olsun... (film, 1972)
Toya dəvətnamə (film, 1973)
Ümid (film, 1995)
Ürək... Ürək... (film, 1976)
Yeddi oğul istərəm... (film, 1970)
Zirzəmi (film, 1990) Ruhun şad olsun sənətkar!

RƏYLƏR
ÖNƏRİLƏN XƏBƏRLƏR