Hadisə

Azərbaycan-İran sərhədində atışma - Ölən var

  • 18 Jun 2020
  • 620 baxış

Azərbaycan-İran sərhədində atışma - Ölən var

Azərbaycan-İran sərhədində atışma - Ölən var



Dövlət Sərhəd Xidməti (DSX) dövlət sərhədinin etibarlı mühafizəsinin təmin edilməsi sahəsində tədbirlər davam etdirir.

XALQTV.COM xəbər verirki, Dövlət Sərhəd Xidmətindən BAKU WS-ə verilən mlumata görə, iyunun 17-si saat 21:40 radələrində Dövlət Sər­həd Xidmətinin Sərhəd Qoşunlarının “Göytəpə” sərhəd dəstəsinin Cəlilabad rayonunun Kürünc kəndi yaxınlığındakı sərhəd zastavasının xidməti ərazisində 3 nəfər naməlum şəxsin İran İslam Respublikasından Azərbaycan Respublikası istiqamətində dövlət sərhədini pozması sərhəd naryadı tərəfindən aşkar olunmuşdur.

Sərhəd pozucularının silah və gecə görmə cihazları ilə silahlanması, onlardan birinin üzərində içərisində narkotik vasitə olması ehtimal edilən 1 ədəd böyük kisədə yük müşahidə edilmişdir.

Sərhəd zastavası “Silaha” komandası üzrə qaldırılmış, xidməti ərazi qapadılmış, İİR sərhədçiləri hadisə haqqında məlumatlandırılmışdır.

Sərhəd naryadı tərəfindən “Dayan” əmri verilərək havaya xəbərdarlıq atəşi açılmışdır.

Lakin sərhəd pozucuları əmrə tabe olmamış, sərhəd naryadına qarşı avtomat silahdan və “Vinçester” tipli tüfəngdən atəş açaraq sərhədçilərin həyatına qəsd etmişlər.

Sərhəd naryadı tərəfindən “Azərbaycan Respublikasının dövlət sərhədi haqqında” Azərbaycan Respublikası Qanunun tələblərinə uyğun olaraq silah tətbiq olunmuş, sərhəd pozucularından biri güllə yarası almış və İİR ərazisinə qaçmaq məqsədilə sərhəd çayı olan “Bolqarçay”ı keçərkən suda ölmüşdür.

Sərhəd pozucusunun cəsədi İran sərhədçiləri tərəfindən sudan çı­xa­rılmışdır. Digər sərhəd pozucuları əra­zi­nin sıx meşəlik, hava şəraitinin qaranlıq olma­sından istifadə edərək geri qaçmış və İİR sərhədçiləri tərəfindən öz ərazilərində saxlanılmışlar.

Hadisə yerində Azərbaycan və İran sərhəd nümayəndələrinin görüşü keçirilmişdir.

Hazırda Dövlət Sərhəd Xidmətinin Sərhəd Qoşunlarının “Göytəpə” sərhəd dəstəsinin və Lənkəran Hərbi Prokurorluğunun əməkdaşları tərəfindən hadisə ilə əlaqədar zəruri əməliyyat-istintaq hərəkətləri həyata keçirilir.

https://xalqtv.com/


RƏYLƏR
ÖNƏRİLƏN XƏBƏRLƏR