Xəbərlər

Azərbaycanda bütün qatarlarda “WiFi” olacaq

  • 19 Jun 2020
  • 261 baxış

Azərbaycanda bütün qatarlarda “WiFi” olacaq


Azərbaycanda bütün qatarlarda “WiFi” olacaq




"Abşeron dairəvi dəmir yolu xəttində “WiFi” şəbəkəsinin keyfiyyətinin yüksəldilməsi üçün test prosesləri yekunlaşıb".

XALQTV.COM xəbər verir ki, bunu “Report”a açıqlamasında “Azərbaycan Dəmir Yolları" QSC-nin (ADY) Məlumat-Hesablama Mərkəzi Departamentinin rəisi David Əliyev bildirib.

Onun sözlərinə görə, bununla bağlı pilot layihə həyata keçirilir: "Layihə uğurla icra olunsa, dairəvi dəmir yolu xətti üçün layihələndirməyə başlanılacaq. Gələcəkdə ölkədə bütün qatarlarda “WiFi” şəbəkəsinin qurulması nəzərdə tutulur”.

Xatırladaq ki, martın 18-də Abşeron dairəvi dəmir yolunun Pirşağı-Görədil-Novxanı-Sumqayıt hissəsinin yenidənqurmadan sonra açılışı olub. Yenidən qurulan Pirşağı-Görədil-Novxanı-Sumqayıt sərnişin xəttinin açılışı ilə Abşeron dairəvi dəmir yolu tam istismara verilir. Belə ki, Bakı sərnişin-Keşlə-Koroğlu-Bakıxanov-Sabunçu dəmir yolu xətti ötən ilin mayında, Sabunçu-Zabrat 1-Zabrat 2-Məmmədli-Pirşağı dəmir yolu xətti isə ötən ilin noyabrında artıq istismara verilib. Abşeron dairəvi dəmir yolu xəttinin istismar uzunluğu 91, stansiya yolları ilə birlikdə ümumi uzunluğu isə 198 kilometrdir.


https://xalqtv.com/

RƏYLƏR
ÖNƏRİLƏN XƏBƏRLƏR