Siyasət

Səfir: "Azərbaycan Bolqarıstanın strateji tərəfdaşıdır"

  • 01 Jun 2017
  • 289 baxış

"Azərbaycan Bolqarıstanın vacib strateji və iqtisadi tərəfdaşıdır".

XalqTV.com  Trend-ə istinadən bildirir ki, bunu Bolqarıstanın Bakıdakı səfiri Maya Xristova iki ölkə arasında diplomatik münasibətlərin yaradılmasının 25 illiyi münasibətilə keçirilən tədbir zamanı deyib.

Onun sözlərinə görə, bu illər ərzində Azərbaycan və Bolqarıstan arasında münasibətlər fəal şəkildə inkişaf edib: "Bütün bunlar 2015-ci ildə Strateji tərəfdaşlıq haqqında birgə bəyannamənin imzalanmasına gətirib çıxarıb".

M.Xristova qeyd edib ki, iki ölkə arasında, xüsusuilə də mədəniyyət sahəsində münasibətlərin inkişafında Azərbaycanın Birinci vitse-prezidenti Mehriban Əliyeva və onun rəhbərlik etdiyi Heydər Əliyev Fondu böyük rol oynayıb.

Səfir Heydər Əliyev Fonduna Bolqarıstanın Veliko-Tırnovo şəhərində "Trapezitsa" muzey-qoruğunun restavrasiyasında göstərdiyi köməyə görə minnətdarlığını bildirib.

XalqTV.com

Digər maraqlı xəbərlər XalqTV.com-ın Facebook səhifəsində

ŞƏRH YAZ

RƏYLƏR
ÖNƏRİLƏN XƏBƏRLƏR

Warning: fopen(../cache/2026/04/20/cached-xeber-1903-sefir--azerbaycan-bolqaristanin-strateji-terefdashidir..html): failed to open stream: No such file or directory in /home/xalqtv/public_html/bottom-cache.php on line 9

Warning: fwrite() expects parameter 1 to be resource, boolean given in /home/xalqtv/public_html/bottom-cache.php on line 10

Warning: fclose() expects parameter 1 to be resource, boolean given in /home/xalqtv/public_html/bottom-cache.php on line 11