Hadisə

Sutkada 2492 ölü - Koronavirusa görə ən ağır vəziyyətin yaşandığı üç ölkə

  • 09 Jul 2020
  • 307 baxış

Koronavirusa yoluxanların sayı 12 milyonu keçib. Bu virusdan ölənlərin sayı 552 minə çatıb. Covid-19-dan ən çox ziyan çəkən ölkə ABŞ olsa da, son günlər Meksika, Hindistan və Braziliyada vəziyyət ağırlaşıb.

XalqTV.com xəbər verir ki, Ümumdünya Səhiyyə Təşkilatının son məlumatına əsasən, bir sutka ərzində Braziliyada 1223, Meksikada 782, Hindistanda 487 nəfər koronavirus səbəbindən ölüb.

Braziliyada koronavirusdan ölənlərin sayı 68 mini keçib. Burada 1 milyon 700 min nəfərdən çox insan koronavirusa yoluxub. Sağalaraq evə buraxılanların sayı isə 1 milyondan artıqdır. Lakin mütəxəssislərin fikrincə, koronavirusdan tamamilə sağalmaq mümkün deyil. Hətta virusa yoluxduqdan bir neçə ay sonra ölən şəxslər belə var. Koronavirusa ikinci dəfə yoluxma faktı da qeydə alınıb.

Meksika isə koronavirusa yoluxanların sayına görə doqquzuncu yerdədir. Burada ümumilikdə 32 min insan Covid-19 səbəbindən dünyasını dəyişib, 167 mindən çox insan sağalaraq evə buraxılıb.

Hindistan koronavirusa yoluxma sayına görə 3-cü yerdə qərarlaşıb. Bu ölkədə koronavirus səbəbindən ölənlərin sayı 21144 nəfərdir.

Ən çox yoluxma halı Maxaraştra ştatında baş verir. Bu ştatda 9 mindən çox insan koronavirus səbəbindən ölüb. Delhidə isə 1 milyondan çox insan koronavirusa yoluxub, 3 min insan bu səbəbdən dünyasını dəyişib.

Qeyd edək ki, Hindistanın 1 milyard 380 milyondan çox əhalisi var.

RƏYLƏR
ÖNƏRİLƏN XƏBƏRLƏR