Xəbərlər

Bayram günlərində marşrut avtobusları işləyəcək?

  • 29 Jul 2020
  • 244 baxış


Bu həftə müsəlman dünyası Qurban bayramını qeyd edəcək. Bayram münasibəti ilə Azərbaycanda 4 gün qeyri-iş günüdür.

XalqTV.com qazet.az-a istinadən xəbər verir ki, Baş nazir Əli Əsədovun "2020-ci il üçün Novruz, Ramazan və Qurban bayramları günlərinin müəyyən edilməsi haqqında" 2 dekabr 2019-cu il tarixli sərəncamına əsasən, 2020-ci il iyulun 31-i və avqustun 1-i Qurban bayramı günləri müəyyən edilib.

1 avqust şənbə gününə təsadüf etdiyindən Əmək Məcəlləsinə əsasən, 3 avqust - bazar ertəsi ilə yeri dəyişdiriləcək, bazar ertəsi də qeyri-iş günü olacaq.

Belə olan halda cümə və bazarertəsi günü də ictimai nəqliyyat işləyəcəkmi?

Bakı Nəqliyyat Agentliyinin (BNA) mətbuat katibi Mais Ağayev bildirib ki, sərt karantin rejimi ilə əlaqədar həftənin şənbə və bazar günü ictimai nəqliyyat fəaliyyətini dayandırır. Lakin bu həftənin cümə və növbəti həftənin bazar ertəsi bayramla əlaqədar ictimai nəqliyyatın işləyib-işləməyəcəyi ilə bağlı rəsmi qərar yoxdur.

Sözügedən tarixlərdə ictimai nəqliyyatın fəaliyyətini dayandırması yalnız Nazirlər Kabineti yanında Operativ Qərargahın qərarından asılı ola bilər.

RƏYLƏR
ÖNƏRİLƏN XƏBƏRLƏR