Xəbərlər

Çimərliklərdə nəzarət-profilaktik tədbirlər həyata keçirilir

  • 10 Aug 2020
  • 249 baxış

Avqustun 5-dən Nazirlər Kabineti yanında Operativ Qərargahın müvafiq qərarına əsasən karantin rejiminin tələblərinə uyğun müəyyən edilən qaydalar çərçivəsində çimərliklərin istifadəsinə icazə verilib. Bununla əlaqədar, çimərliklərdə işarələnmə, nişanlanma və sosial məsafə ilə bağlı məhdudlaşdırmaya əməl edilməsi qaydalara nəzarət olunması məqsədilə rayon ərazisində yerləşən bütün ictimai və özəl çimərliklərə, istirahət mərkəzlərinə Səbail Rayon İcra Hakimiyyəti tərəfindən məsul şəxslər təhkim olunub.

XalqTv.com  Trend-ə istinadən bildirir ki, karantin şəraiti nəzərə alınaraq çimərliklərdə maarifləndirici lövhələr quraşdırılıb, işçi personal və könüllülər təlimatlandırılıb. Çimərliklərdə işarələnmə, nişanlanma, lentlərlə məhdudlaşma işləri həyata keçirilib. İşçi personal tərəfindən sosial məsafə saxlanılması, dezinfeksiyaedici vasitələrdən istifadə edilməsi, təmizliyə riayət edilməsi ilə bağlı vətəndaşlara səsgücləndiricilər vasitəsi ilə mütəmadi xəbərdarlıq edilir.

Avqustun 8-i və 9-da RİH başçısı Vuqar Zeynalov Bakı Şəhər İcra Hakimiyyətinin məsul əməkdaşları və Səbail Rayon Polis İdarəsinin rəhbərliyi ilə birgə rayon ərazisində yerləşən ictimai çimərliyə baxış keçirib. Baxış zamanı ictimai çimərlikdə sosial məsafənin saxlanılması, dezinfeksiyaedici vasitələrdən istifadə olunması və təmizliyə riayət edilməsi barədə müvafiq göstərişlər verilib.



RƏYLƏR
ÖNƏRİLƏN XƏBƏRLƏR