Dünya

Kolumbiyada polis məntəqəsi yaxınlığında qumbara partladılıb

  • 14 Aug 2020
  • 248 baxış


Kolumbiyanın qərbində naməlum şəxslər polis məntəqəsi yaxınlığında qumbara partladıblar.

XalqTv.com TASS-a istinadən xəbər verir ki, partlayış nəticəsində ən az 13 nəfər yaralanıb.

Məlumata görə, hadisə Vale-del-Kauka departamentinin paytaxtı Kali şəhərində baş verib.

Bir uşaq və iki polis də daxil olmaqla zərərçəkənlər xəstəxanalara çatdırılıb. Səlahiyyətlilər hadisə ilə əlaqədar istintaq aparır.

RƏYLƏR
ÖNƏRİLƏN XƏBƏRLƏR