Xəbərlər

Yol kənarında 6 kq heroin gizlətmişdi

  • 14 Aug 2020
  • 357 baxış


Baş Narkotiklərlə Mübarizə İdarəsi əməkdaşlarının daxil olmuş məlumat əsasında keçirdikləri əməliyyat tədbiri nəticəsində narkotiklərin qanunsuz dövriyyəsində şübhəli bilinən Bakı şəhər sakini E.Quliyev Xətai rayonu ərazisində saxlanılıb.

XalqTv.com  APA-a istinadən bildirir ki, şəxsi axtarış zamanı ondan 5 qram heroin və 5 qram tiryək aşkar edilib.

Davam etdirilən tədbirlərlə onun Abşeron rayonu Digah qəsəbəsinin ərazisində yolun kənarında gizlətdiyi çəkisi 6 kiloqram heroin və 680 qram tiryək də aşkar edilərək götürülüb.

RƏYLƏR
ÖNƏRİLƏN XƏBƏRLƏR

Warning: fopen(../cache/2026/04/18/cached-xeber-19196-xalqtv..html): failed to open stream: No such file or directory in /home/xalqtv/public_html/bottom-cache.php on line 9

Warning: fwrite() expects parameter 1 to be resource, boolean given in /home/xalqtv/public_html/bottom-cache.php on line 10

Warning: fclose() expects parameter 1 to be resource, boolean given in /home/xalqtv/public_html/bottom-cache.php on line 11