Şou Bİznes

"Niyə mənə vəfasız çıxdın?" - Damla ağır itkisindən yazdı - VİDEO

  • 21 Aug 2020
  • 414 baxış



Müğənni Damla sosial media hesabında mərhum atası ilə bağlı paylaşım edib.

XalqTv.com ölkə.az-a istinadən bildirir ki, ifaçı ''İnstagram'' hesabında dünyasını dəyişən atasının videosunu yayımlayıb.

"O qədər qürurlanıram ki, sənin kimi atam olub. Ancaq indi səndən yalnız quru şəkillər, videolar qalıb. O qədər darıxmışam, o qədər canım yanır. Sənəti, insanlığı, təhsili, nitq qabiliyyətini, Allah qorxusunu, haqqı, dürüstlüyü, susmağı, bədii ədəbiyyatı, musiqini, bitliləri, heyvanları, vəfalı olmağı mənə sən sevdirmisən, sən oyrətmisən, ata. Bilirdin axı mənim səndən başqa heç kimim yoxdur. Niyə mənə vəfasız çıxdın. Niyə buraxdın getdin? Axı ''İnsan vəfasız olmaz'' kəlməsini özün öyrətmişdin", - Damla qeyd edib.

Xatırladaq ki, sənətçinin atası ötən il dünyasını dəyişib.

Milli.Az

RƏYLƏR
ÖNƏRİLƏN XƏBƏRLƏR