Xəbərlər

Günün pik saatlarında bu marşrutda avtobus sayı artacaq - CƏDVƏL

  • 21 Aug 2020
  • 216 baxış


Saray qəsəbəsindəki "Yeni Yol" adlanan əraziyə çəkilən 523 saylı xətdəki avtobusların sayında artım olacaq.

XalqTv.com  xəbər verir ki, bu barədə Trend-ə Dövlət Avtomobil Nəqliyyatı Xidmətindən (DANX) bildiriblər. Qeyd olunub ki, 523 saylı marşrut xətti üzrə hərəkət edən avtobuslardan 2-si Saray qəsəbəsindəki "Yeni Yol" adlanan ərazi ətrafındakı sərnişinlərin rahat daşınması üçün hərəkət trayektoriyasını qismən dəyişəcək:

"Nəzərinizə çatdıraq ki, 523 saylı marşrut xətti üzrə avtobuslar əvvəlki qaydada və sxem üzrə işləyəcək. Yeni trayektoriya üzrə isə həmin xəttin 2 avtobusu xidmət göstərəcək. Aşağıda yeni trayektoriya üzrə hərəkət edəcək avtobusların hərəkət cədvəli ilə tanış ola bilərsiniz. Qeyd edək ki, bu gündən etibarən intervalın daha da azaldılması məqsədilə 3-cü avtobusu da pik saatlarda xidmətə təqdim etdik".

RƏYLƏR
ÖNƏRİLƏN XƏBƏRLƏR